hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

“Kreml ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır” - ŞƏRH

“Kreml ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır” - ŞƏRH

"Vaşinqton Azərbaycan və Ermənistan liderlərini öz ərazisində görüşdürmək istəyir. Bu baş tutsa, 18 illik uzun fasilədən sonra ABŞ ərazisində ilk bu növ görüş olacaq".

Cebhe.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərciyində görüşmüşdülər:

"Masa üzərinə sazişin mətni qoyulsa da, imzalanmadı. Çünki Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermirdi. Budəfəki görüşdən də iki səbəbə görə real nəticə gözləmək çətindir.

Birinci səbəb odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin köklü həllinə hazır deyil, o sadəcə bu mövzuları müzakirə etməyə hazırdır: Atəşkəsi necə qoruyaq, inam atmosferini necə yaradaq, gediş-gəlişi bərpa edək. Bu mövzular isə münaqişə həll olunmadan bizi maraqlandırmır, maraqlandırmamalıdır da. Çünki bu detallar münaqişənin uzanmasına xidmət edir ki, bu da Ermənistanın maraqlarına uyğundur”.

Elxan Şahinoğlu hesab edir ki, Vaşinqton görüşünün nəticəsiz qalmasına dəlalət edəcək ikinci səbəb Ermənistan hakimiyyətinin əvəlkitək Moskvadan asılı olmasıdır:

“ABŞ hazırda Rusiyanın rəqibidir, demək olar ki, bütün məsələlərdə fərqli mövqelərə malikdirlər, üstəgəl, Amerikanın Rusiyaya qarşı sanksiyaları mövcuddur. Belə şəraitdə Moskva Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündə uğur qazanılmasını istəməz. Görüşün Vaşinqtonda görüşü həm də o deməkdir ki, Amerika da Cənubi Qafqazda söz sahibi olduğuna eyham vurur. Kreml isə bu cür eyhamları rədd edir və ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır. Ona görə də Kreml İrəvanın əli ilə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mümkün fəallığına mane olmağa çalışacaq”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1156