hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Kupçasız” evlər kredit götürməyə də mane olur: “İslahatların başında ilk növbədə bu məsələ dayanmalıdır”

“Kupçasız” evlər kredit götürməyə də mane olur: “İslahatların başında ilk növbədə bu məsələ dayanmalıdır”

Azərbaycanda regionlar üzrə kreditlərin qoyuluşunun məbləği məlum olub.

Respublika üzrə ümumi kreditləşmə məbləği 14 169792 (11,05 faiz) manat təşkil edib. Rejionlar üzrə rəqəmlərdə ən çox kreditləşmə paytaxt Bakının payına düşüb. Ümumi göstəricilərə görə isə bölgələrdə kreditləşmə çox az faiz təşkil edib.

Maraqlıdır, bölgələrdə kreditləşmənin az olmasının səbəbi nədir?

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bölgələrdə kreditləşmənin az olmasını reginonların inkişafsızlığı və daşınmaz əmlakın qeydiyyat məsələsi ilə əlaqələndirib:

“Ümumiyyətlə, əksər ölkələrdə kreditləşmə daha çox paytaxtlarda həyata keçirilir. Çünki bu ölkələrdə paytaxt ölkənin siyasi mərkəzi ilə yanaşı, həm də iqtisadi mərkəzidir. Amma təbii ki, bu məsələdə də fərqlər var. Məsələn, Türkiyədə Ankara iqtisadi mərkəz deyil. Azərbaycanda isə Bakı hər bir halda həm iqtisadi, həm də siyasi mərkəzdir. Ölkə əhalisinin xeyli faizi Bakıdadır. Ona görə də kreditləşmənin ən çox paytaxtda aparılması həcm baxımından başadüşüləndir. Bu da onunla bağlıdır ki, regionların inkişafı geridə qalır. Təsadüfi deyil ki, bir neçə il əvvəl regionların inkişafı ilə bağlı proqram olmuşdu”.

Ekspert kreditləşmənin müxtəlif səbəblərdən aparıldığına da diqqət çəkib. O, deyib ki, kreditləşmənin həyata keçirilməsi əsasən biznesin inkişafı ilə bağlıdır:

“Biznesin də əksəriyyəti Bakıdadır. Yaxud insanlar istehlak krediti götürür. Regionlarda iqtisadi aktivlik aşağı olduğu üçün orada insanların gəliri də aşağı olur. Bir sözlə, bu məsələnin obyektiv səbəbi regionların inkişaf etməməsi ilə bağlıdır. Amma digər səbəb də var ki, bu da daşınmaz əmlakın qeydiyyatı ilə bağlıdır. Banklar kredit verəndə bina, mənzil, torpaqları girov götürmək istəyirlər. Bakıda da xeyli obyekt var ki, daşınmaz əmlakın dövlət qeydiyyatı yoxdur. Rayonlarda isə bu durumda olanlar çoxluq təşkil edir. Yəni daşınmaz əmlakı olanın sənədi olmadığından kredit götürəndə də onu girov qoya bilmir. Əslində Azərbaycanda sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı məsələ xeyli müddətdir ki, gündəmdədir. Amma məsələ həll edilməmiş qalır. Bu sahə hələ ki İqtisadiyyat Nazirliyinə verilib və burada xeyli islahatlar olacaq. İslahatların başında ilk növbədə bu məsələ dayanmalıdır ki, qeydiyyatsız obyekt olmasın. Bu məsələ həllini tapsa, o zaman rayonlarda da kreditləşmə xeyli artacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 6491