hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Kür və Arazda suyun azalması bu kəndlərdə problem yaradıb” - Deputat

“Kür və Arazda suyun azalması bu kəndlərdə problem yaradıb” - Deputat

“Ölkədə və dünyada başlanan su qıtlığı, Kür və Araz çaylarında suyun minimum həddə düşməsi çətin durum yaradıb. Bax bu gördüyünüz foto Biləsuvar rayonu Yuxarı Cürəli və Təzəkənd kəndlərini təmin edən kanaldır. Əlavə izah və şərhə ehtiyac yoxdur. Vəziyyət həqiqətən çətindir”.

Cebhe.info xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini cənab Rafiq Aslanov ilə əlaqə saxlayıb:

“Hər hansı bir formada bu iki kəndi vəziyyətdən çıxarmağı xahiş etdim. Rafiq müəllim bütün imkanların səfərbər olunacağını bildirdi. Əziz dostlar, biləsiniz ki, dövlət üzərinə düşəni edir və edəcək də. Lakin problem tək Biləsuvarda deyil, bütün Azərbaycanı və dünyanı əhatə edir. Hazırda yaradılan dövlət komissiyası məsələnin həllinə çalışır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 716