hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Legitim hərbi hədəflər harada yerləşməsindən asılı olmayaraq, məhv edilməlidir” - RƏY

“Legitim hərbi hədəflər harada yerləşməsindən asılı olmayaraq, məhv edilməlidir” - RƏY

"Ermənilərin insanlığa sığmayan növbəti Gəncə terrorunun qurbanlarına Allahdan rəhmət diləyirəm. Əgər ən dəhşətli silahlardan, ballistik raketlərdən dinc insanlara qarşı istifadə edilirsə, Ermənistanla yalnız bir dildə danışmaq yolu qalır".

Cebhe.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, düşmənin niyyəti bəllidir:

"Ərazimizə raket zərbələri endirən bütün atəş nöqtələri, legitim hərbi hədəflər harada yerləşməsindən asılı olmayaraq məhv edilməlidir. Bu artıq müzakirə mövzusu olmamalıdır. Bu cür terrorçu hərəkərlətlərlə düşmənin niyyəti bəllidir.

Düşmən insanlıq əleyhinə bu hərbi cinayəti törətməklə panika və təşviş yaratmaq, ordumuzun hücumlarını dayandırmaq, xalqda Orduya və Prezidentə inamsızlıq yaratmaq, xalq-ordu-Ali Baş Komandan birliyini sarsırtmaq məqsədi güdür. Düşünürəm ki, düşmən bizə ayrı seçim saxlamır. Bu vətən savaşı bizim üçün də son savaşdır.

Bu baxımdan düşmənə cavabımız daha sərt olmalı, xalq-ordu-hakimiyyət birliyi daha güclü olmalı, dövlətin və Ali Baş Komandanın yanında sonadək birlikdə getməliyik".

O deyib ki, hökumət dünya ölkələri, KTM üzv dövlətləri və BMT ilə aparılan işləri, Türkiyənin münaqişənin həllində rolunu daha da gücləndirmək üçün səyləri artırmalıdır:

"Vətəndaş cəmiyyəti və siyasi partiyaların, ictimai xadimlərin birgə fəaliyyəti və müraciətləri təmin olunmalıdır. Cəmiyyətin bütün imkanı olan təbəqəsi informasiya cəbhəsində aparılan savaşa kömək etməlidir.

Panika və ümidsizlik yaratmaq istəyənlərin, ordunun döyüş əzmini kölgə altına almaq istəyənlərin, apardığımız azadlıq savaşını dayandırmaq istəyənlərin, cəmiyyətin yumruq kimi birləşməsinə xələl gətirmək istəyənlərin cavabı dərhal verilməlidir.

Əminəm ki, qələbə bizimdir. Daha sıx birləşməklə, daha əzmlə və qətiyyətlə irəli! Qarabağ Azərbaycandır! Azərbaycan Ordusuna eşq olsun!"

Naibə
Cebhe.info


Oxunma sayı: 2817

Bizim Telegram səhifəmizi izləyin