hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

“Müharibə” bitir: Atəşkəsə bir addım

“Müharibə” bitir: Atəşkəsə bir addım

ABŞ və Çin arasındakı “ticarət müharibəsi" tədricən yavaşlaya bilər. 

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, 1,5 ildir davan edən danışıqlarda müəyyən razılıq əldə edilib. Razılıq daha geniş bir sazişin əldə edilməsilə bağlıdır.

Yeni razılaşma ABŞ Prezidenti Donald Tramp və Çin rəhbəri Xi Jinpinginin imzalayacağı sazişə hazırlıqdır. Bu saziş imzalanarsa, iki ölkə arasında “ticarət müharibəsi”ndə əsl atəşkəs əldə etmək mümkün olacaq. 

Sazişin nələri nəzərdə tutacağı hələlik açıqlanmasa da, Amerikanın rüsum tətbiq etdiyi Çin məhsulları siyahısının azaldılması istisna deyil. Yaxud rüsumun azaldılması da mümkün görünür. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 672