hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0224
  • EURO - 2.9898
  • NEFT - 64.70
  • clouds-weather

“Maraqlı şəxslər “milyonların mənimsənilməsi” adı altında “stəkanda fırtına” qoparmağa çalışır” – QHT Şurasının sözçüsü

“Maraqlı şəxslər “milyonların mənimsənilməsi” adı altında “stəkanda fırtına” qoparmağa çalışır” – QHT Şurasının sözçüsü

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Hesablama Palatası ötən il 30-dan çox qurumda apardığı dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

Hesablama Palatasının 2020-ci ildə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq 53 milyon manata yaxın (52846,9 min manat) dövlət vəsaitinin büdcəyə bərpa olunması haqqında qərar qəbul edib”.

Cebhe.info xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat katibi Elməddin Behbud deyib.

E.Behbud Şura ilə bağlı sosial şəbəkə və mediada yayılan xəbərlərə də aydınlıq gətirib:

“Hesablama Palatasının yoxlamalar apardığı qurumlar arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da var. Hesablama Palatasının 3 il üzrə Şurada aşkarladığı çatışmazlıqlar nəticəsində 174.475 manat dövlət vəsaitinin büdcəyə bərpası haqqında qərar qəbul edilib. Bu vəsaitin 23.612 manatı QHT layihələrini, 19.440 manatı dövlət qulluğunda çalışan ekspertlərə ödənilən qonorarı, 118.623 manatı podratçı təşkilatları və 12.800 manatı Auditorlar Palatasının üzvü tərəfindən aparılan yoxlamaya görə ödənişi əhatə edir.

QHT-lər və podratçı təşkilatlar demək olar ki, müvafiq vəsaiti büdcəyə qaytarıb. Hamımız bilirik ki, fəaliyyətin olduğu hər bir yerdə nöqsan və çatışmazlıqların olması təbiidir. Hesabalama Palatasının hər il onlarla dövlət qurumunda büdcədən ayrılan vəsaitlərin xərclənməsi vəziyyətini yoxlaması rutin qayda, normal praktikadır.

Bildirirəm ki, Şuranın təşəbbüsünə baxmayaraq qurum fəaliyyətə başladığı 2008-ci ildən ötən ilədək yoxlamaya cəlb olunmayıb. Bu baxımdan belə, yoxlamaların aparılması qurumun fəaliyyətinin təkmilləşdirilməsi və daha yaxşı təşkil olunması baxımından olduqca faydalıdır. Yoxlamanın məqsədi çatışmazlıqları və pozuntuları aşkar edərək müvafiq qurumların fəaliyyətini təkmilləşdirməsinə kömək etməkdir. Müvafiq təşkilatların işi isə bu yoxlamalardan nəticə çıxararaq həmin nöqsanları aradan qaldırmaqdır”.

Şura sözçüsü təəssüflə qeyd edib ki, bu məsələdən də bəzi maraqlı adamlar istifadə edərək “milyonların mənimsənilməsi” adı altında “stəkanda fırtına” qoparmağa çalışır:

“Bu bizə təəccüblü deyil, çünki Şura, bəzi maraqlı adamlar üçün yeni mövzu deyil. Belə kampaniyalar aparmaq onların köhnə şakəridir. Görünür onlar indi də manipulyasiya üçün yeni fürsət əldə etdiklərini düşünürlər. Sadəcə bu açıqlama ilə bir daha Hesabalama Palatasının Şurada artıq çoxdan başa çatmış yoxlamalarına aydınlıq gətirmək istədim”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 738