hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Maskaları məcburi edəcəyəm” - Bayden

“Maskaları məcburi edəcəyəm” - Bayden

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Co Bayden prezident seçiləcəyi təqdirdə, qoruyucu maskalardan istifadəni məcburi etmək niyyətindədir.

Cebhe.info-nun məlumatına görtə, bu barədə Bayden Delaver ştatında seçicilər qarşısında çıxışında belə deyib. Co Bayden bildirib ki, seçilsə bütün qubernatorları Ağ Evə çağıracaq:

“Alimlərin məlumatlarına müraciət edərək bu ümummilli mandata ehtiyacımız var, bunu etməliyik”.

Baydenin hüquqşünaslar komandası, prezidentin qanuni olaraq ümummilli səviyyədə maska taxmaq üçün mandat tətbiq etmək hüququna malik olduğunu güman edir. Ancaq bu hələ dəqiqləşdirilməlidir.

"Əgər bacarsaydım, edərdim"-keçmiş vitse-prezident qeyd edib.

O, hazırkı prezident Donald Trampı amerikalılar arasında qoruyucu maskaların effektivliyinə şübhə toxumu səpdiyinə görə tənqid edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 474