t “Masters” turnirində 3 şahmatçımız iştirak edəcək
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

“Masters” turnirində 3 şahmatçımız iştirak edəcək

“Masters” turnirində 3 şahmatçımız iştirak edəcək

Yanvarın 21-də nüfuzlu şahmat yarışlarından olan “Gibraltar International Chess Festival 2020” turniri start götürəcək.

Cebhe.info xəbər verir ki, Cəbəllütariqdə keçiriləcək və 10 turdan ibarət olacaq festivalın “Masters” turnirində Azərbaycanın 3 şahmatçısı - Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli və Günay Məmmədzadə mübarizə aparacaqlar.

“Masters” turnirdə hər il onlarca qrossmeyster, o cümlədən “2700 klubu”nun üzvləri iştirak edirlər. Bu il festivalın “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılacaq ki, onlardan da 116-sı qrossmeysterdir. Turnirin reytinq favoriti təmsilçimiz Ş.Məmmədyarovdur.

Cebhe.info


Oxunma sayı: 1266