hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Mavi ekran” internetə uduzur: Radiolar isə bazarı tam bağlayacaq, əgər...

“Mavi ekran” internetə uduzur: Radiolar isə bazarı tam bağlayacaq, əgər...

Son zamanlar internet üzərindən fəaliyyət göstərən televiziyalar internetlə yayımlanan radiolardan çoxdur.

Radiolar artıq öz populyarlığını itirir və məşhurluğunu qaytarmaq istiqamətində fəaliyyət hələlik nəticə vermir.

Cebhe.info-ya açıqlamasında sosial media üzrə ekpert Azər Həsrət bunun görüntünün gücündən qaynaqlandığını deyib: 

“İndi internet televiziyaları daha çox populyarlaşıb. Çünki izləmə baxımından rahatlıq və interaktivlik var. Yəni insanlar canlı efirdə öz fikirlərini deyə bilirlər. Amma internet radiolarda bu populyarlıq yoxdur. Müşahidə etmişəm ki, bu məsələ yalnız bizdə deyil, bir çox ölkələrdə də belədir. Çünki radio yalnız dinləmə qurğusudur və xüsusən bizdə radioları ən çox nəqliyyat vasitələrində dinləyirlər. İnternet üzərindən yayımlanan radioları nəqliyyat vasitələrində dinləmək üçün uyğun şərait olmadığı üçün insanlarımız həmin radiolara çox da meyl etmir. Əgər nəqliyyat vasitələrində uyğun qiymətlərə münasib şərtlərlə internet bağlantısı qurmaq mümkün olsa, düşünürəm ki, radiolara tələb arta bilər. Amma ev, iş yeri kimi oturaq məkanlarda məlumat almaq üçün insanlar görüntülü informasiyaya üstünlük verirlər. Ona görə də internet üzərindən yayımlanan televiziyalara maraq daha çoxdur”. 

Əli Bədir 
Cebhe.info


Oxunma sayı: 2377