hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

“MDB əhəmiyyətsiz bir qurumdur” - AÇIQLAMA

“MDB əhəmiyyətsiz bir qurumdur” - AÇIQLAMA

Gürcüstan 10 il əvvəl MDB-dən çıxmaqla böyük səhvə yol verdi və bundan heç nə qazanmadı.

Bunu Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze deyib:

“Ölkənin MDB-dən çıxmasında heç bir qazanc görmürəm. Gürcüstan o vaxt qapını çırpıb getdi və bu da siyasi jest idi. Siyasətdə bu cür qərarlar yaxşı heç nə gətirmir. Mənə elə gəlir ki, əksinə, bizi narahat edən bütün problemləri səsləndirmək üçün bu qurumdan maksimum istifadə etmək və MDB liderlərindən dəstək axtarmaq lazım idi. Gürcüstan öz qərarı ilə səhvə yol verdi. Budur, biz Rusiyanın dominant olduğu sahədən çıxdıq”.

Ümumiyyətlə, SSRİ-nin tərkibində olmuş dövlətlərin bəzilərinin indi MDB-nin tərkibində qalması bu ölkələrə nə verirə

Cebhe.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu MDB-nin onun üzvü olan dövlətlərə dialoq üçün əlverişli bir müstəvi yaratdığını deyib:

“Müstəqil Dövlətlər Birliyi (MDB) anons bir qurumdur. Bu ona görə yaradıldı ki, SSRİ dağılırdı və yerində nəsə bir qurum olmalı idi. Bunu düşünürdülər və ilkin dövrdə 3 dövlət - Rusiya, Ukrayna və Belarusiya görüşüb SSRİ-nin üzərindən xətt çəkdilər və qərara gəldilər ki, SSRİ-nin yerində belə bir qurum yaradaq.

O zaman belə bir qorxu və təhlükə də vardı ki, MDB SSRİ-ni əvəz edə bilər, imperiya qurula bilər. Amma belə bir hal olmadı. MDB sıradan bir qurumdur, işğalçı ilə işğala məruz qalan dövlət də iştirak edir, o qurumdan nə gözləmək olarə Yəni Ermənistan da o qurumun üzvüdür, Azərbaycan da. Heç Rusiyanın özü belə bu quruma o qədər də əhəmiyyət vermir. Elə əhəmiyyət vermədiyinə görə bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin yaranmasına “yaşıl işıq” yandırdı.

Məhz adını çəkdiyim iki qurum da effektli bir qurum deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bir neçə dövlət olsa da, mən bunu sadəcə Ermənistan-Rusiya hərbi ittifaqı kimi dəyərləndirirəm. İkinci məsələ Avrasiya İqtisadi Birliyidir ki, V.Putin düşünürdü ki, bunu Avropa İttifaqına alternativ bir qurum kimi formalaşdıra bilər. Amma son hadisələr göstərdi ki, bu qurum da ciddi bir təşkilat kimi qəbul olunmur. O ki qaldı, MDB bu anons bir qurumdur, fəaliyyəti gözə çarpmır və inteqrasiyanı gücləndirmək bu qurumun imkanları xaricindədir. Lakin bu təşkilat qeyri-ciddi, anons bir qurum olsa da, dialoq üçün bir müstəvidir. Yəni heç bir məsələ, heç bir razılaşma həll olunmasa da, amma hər halda dövlət liderləri görüşüb fikir mübadiləsi aparırlar. Ona görə də dövlətlər bu qurumu tərk etmirlər. Ancaq Ukrayna, Gürcüstan işğalla bağlı bu qrumu tərk etdi”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1134