t “Mehriban Əliyevaya söz vermişəm ki...”- Bəhram Bağırzadə
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

“Mehriban Əliyevaya söz vermişəm ki...”- Bəhram Bağırzadə

“Mehriban Əliyevaya söz vermişəm ki...”- Bəhram Bağırzadə

“Mən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya söz vermişəm ki, ən azı yaşım qədər, yəni 48 ağac əkəcəyəm”. 

Cebhe.info xəbər verir ki, bunu Nəsiminin 650 illiyi ilə əlaqədar bütün ölkədə keçirilən ağacəkmə kampaniyasında iştirak edən "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Komandasının (ŞHK) üzvü Bəhram Bağırzadə deyib. Müşfiqabad qəsəbəsi yaxınlığında ayrılan 5 ha ərazidə ağacəkmə kampaniyasında iştirakla bağlı dəvəti məmnuniyyətlə qəbul etdiyini deyən Bəhran Bağırzadə bildirib ki, ölkədəki dəyişikliklər fonunda bu təşəbbüs  alqışlanmalıdır. 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 6 dekabr 2019-cu il tarixində ölkə üzrə bir gündə 650 min ağac əkilir.  

Elnarə Kərimova
Cebhe.info


Oxunma sayı: 6249