hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

“Məni xalqdan soruşun” - Elza xeyriyyəçiliklə yox, şeirləri ilə gündəmə gəlmək istəyir - FOTOLAR

“Məni xalqdan soruşun” - Elza xeyriyyəçiliklə yox, şeirləri ilə gündəmə gəlmək istəyir - FOTOLAR

Gənc müğənni Mehin Hümbətovanın təhsil haqqını ödəyə bilməyən tələbə Orxan Bağılıya maddi dəstək verməsi şou-biznes nümayəndələri tərəfindən müsbət qarşılanıb.

Əməkdar artist Elza Seyidcahan da məsələyə biganə qalmayıb.

Cebhe.info-ya açıqlama verən müğənni Elza Seyidcahan edilən yaxşılıqların reklam olunmasına qarşı olduğunu bildirib: “Hələ uşaq vaxtlarından bunun şahidi olmuşam ki, rəhmətlik babam, nənəm, necə ata -anasız uşaqlara köməklik göstəriblər. Babam neçə uşağı böyüdüb, hətta evləndirib, toyunu da edib. Əslində, sağ əlin verdiyini sol əl bilməməlidir. Məni xalqdan soruşun. Özüm deməyim, düzgün çıxmaz. Düzünü desəm, etdiyim yaxşı əməllər yadımdan çıxır. Bunlarla gündəmə gəlmək fikrində deyiləm”.

Müğənni-bəstəkar şeirləri ilə gündəmə gəlməyi istəyir:

“Yaxşısı budur ki, fəlsəfi, avanqard, polifanik, harmonik şeirlərimi yazım, bəzi xəstələri sağaltmaq gücünə sahib olum. Şeirlərimi təqdim etdiyim anlarda elə oxucular üzə çıxır ki, sanki müəmmalı "Ölü dənizində" mümkün olmayan görüntülər kimi hamımız üçün çox maraqlı olur. Bu yaxında sosial şəbəkələrdə Süleyman peyğəmbərin kəlamlarını yazdım. Yollarını azmışlar Süleyman peyqəmbəri də söydülər. Bəzi adamları ağızları sanki "açıq qəbir”- ə dönüb. Mən onlara yaxşılıq edib müqəddəs kəlam paylaşdım, onlar isə elə bildilər ki, bu, Elza Seyidcahan şeiridir. Heç düşünmədən ağızlarına gələni yazdılar. Bir dəfə də İmadəddin Nəsimini belə söymüşdülər. Dahilərimiz, peyğəmbərlərimiz məni bağışlasınlar. Küt beyinlər açılsın, söyə-söyə söylənsinlər, öyrənsinlər, ayılsınlar. Allah hər kəsin etdiyi əməlləri qarşısına çıxarır.

Paylaşdığım şeir "Hər şeyin öz vaxtı var" şeiri idi:

Hər şeyin öz vaxtı var,
Göylərin altında,
Hər işin öz vaxtı var.
Doğulmağın öz vaxtı,
Ölməyin öz vaxtı,
Əkməyin öz vaxtı,
Kökündən çıxarmağın öz vaxtı.
Öldürməyin öz vaxtı,
Sağaltmağın öz vaxtı,
Yıxmağın öz vaxtı,
Qurmağın öz vaxtı,
Ağlamağın öz vaxtı
Gülməyin öz vaxtı,
Yas tutmağın öz vaxtı,
Rəqs etməyin öz vaxtı,
Daş atmağın öz vaxtı,
Daş yığmağın öz vaxtı,
Qucağlaşmağın öz vaxtı,
Qucaqlaşmamağın öz vaxtı,
Axtarmağın öz vaxtı,
İtirməyin öz vaxtı,
Saxlamağın öz vaxtı,
Atmağın öz vaxtı,
Yırtmağın öz vaxtı,
Tikməyin öz vaxtı,
Susmağın öz vaxtı,
Danışmağın öz vaxtı,
Sevməyin öz vaxtı,
Nirfət etməyin öz vaxtı,
Müharibənin öz vaxtı,
Sülhün öz vaxtı,
Öz vaxtı, öz vaxtı...

Hasara dırmaşmaqla deyil, hər şeyin öz vaxtı var”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1849