hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

“Mənim qayıtmayacağımı zənn edib torpağımı satıblar" - Dilqəm Əsgərov

“Mənim qayıtmayacağımı zənn edib torpağımı satıblar" - Dilqəm Əsgərov

"Özüm hazırda işləyirəm. Şəmkirdə üç hektar zibilxananı icarəyə götürüb, ailəvi təmizlədik. Orda əkin sahəsi yaratdım, 1 tona yaxın lobya əkib, satdım".

Bu sözləri Cebhe.info-ya Ermənistanda girovluqda olan Dilqəm Əsgərov yaşayış vəziyyətindən danışarkən deyib. O, açıqlamasında icarəyə götürdüyü torpaq sahəsində bu il qarpız-yemiş əkmək istədiyini açıqlayıb:

"Heç kəsə əl açmaq istəmirəm. İstəmirəm ki, kiminsə qarşısında boyun əyim. Bu sarıdan problemim yoxdur, olsa da kiməsə deyən deyiləm. Bu gün şəhidlərimiz, qazilərimiz o qədərdir ki, heç dövlətdən nəsə ummaq da düzgün deyil. Qazi, şəhidlərin uşaqların görəndə istəyirəm ki, elə əynimdəki paltarımi da soyunub onlara verəm".

Dilqəm Əsgərov bir problemi olduğunu da saytımızla bölüşüb:

"Şuşa türməsində olarkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəmkir ərazi idarəsi həyat yoldaşım Əsgərova Firuzə Şura qızının adına olan altı sot torpağı başqasına verib. Mən qayıdandan sonra gördüm ki, torpağin içində ev tikilib. Ərizə verdim, 50 manat da pul ödədim ki, torpağımın çıxarış sənədi verilsin. İdarədən mənə deyildi ki, sən indiyədək haradaydın ki, sənin torpağında başqası ev tikir? Müdir deyir ki, burda olmalıydın, ev də tikilməyəydi. Mən nə etməliyəm ki? Bundan sonra Şəmkir rayon İcra Hakimiyyətinə, Prezidentə məktub yazmışam. Sabah da başqa aidiyyəti orqanlara muraciət edəcəyəm. Mənim bu gün ehtiyacım var ki, həmin torpağı satam, işimi görəm, müalicəmi etdirəm".

Dilqəm Əsgərovun sözlərinə görə, əlində torpağın pasportu, xəritəsi və digər sənədləri var:

“Mənim olmamağımdan istifadə edib, torpağımı başqasına veriblər. Bizim başqa yerdən gəlirimiz yoxdur. Yoldaşım məktəbdə süpürgəçi işləyib, 110 manat maaş alırdı. Onu da kəsiblər".

Şəlalə Babayeva
Cebhe.info


Oxunma sayı: 3763