hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

“Mercedes” ancaq elektromobil istehsal edəcəyi tarixi açıqladı

“Mercedes” ancaq elektromobil istehsal edəcəyi tarixi açıqladı

“Daimler” konserninə daxil olan Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz” 2030-cü ilə kimi tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ildən 2030-cu ilə kimi elektomobillərə bütövlükdə 40 milyard avrodan çox investisiya olunacaq.

Qeyd edilir ki, 2022-ci ilə kimi bütün seqmentlərdə “Mercedes-Benz”in avtomobillərinin elektrikli versiyası olacaq. 2025-ci ildən başlayaraq nəqliyyat vasitələrinin bütün yeni arxitekturası elektrikli olacaq və müştərilər hər model üçün tam elektrikli alternativ seçə biləcəklər.

Proqnozlara əsasən 2025-ci ilə kimi satışların 50 %-ni (əvvəlki proqnoz 25 % idi) elektrikli və hibrid avtomobillər təşkil edəcək.

Cebhe.info


Oxunma sayı: 815