hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Məsuliyyətsizlik ciddi fəsadlara yol aça bilər” - Deputat qaydaların sərtləşməsindən danışdı

“Məsuliyyətsizlik ciddi fəsadlara yol aça bilər” - Deputat qaydaların sərtləşməsindən danışdı

“Bu gün İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı Milli Məclisin iclasında çıxışım var idi... Səsvermə tez olduğu üçün çıxış etmədim və çıxış mətnini Katibliyə təqdim etdim. Düşünürəm ki, təqdim edilən layihə, yəni inzibati xətalar məcəllləsinə nəzərdə tutulan dəyişikliklər çox mühüm və vaxtında ediləcək dəyişikliklərdir. İnzibati xətalar məcəlləsinin 211.1 , 211.2 və 211.3 maddələrinə bir müddət əvvəl əlavələr edilmişdi və müvafiq cərimələrin tətbiqi ilə bağlı qərar qəbul edilmişdi. Lakin təəssüf hissi ilə qeyd etmək istərdim ki, bunun məsuliyyətini və ciddiliyini bəzi vətəndaşlarımız tam şəkildə dərk etmədi”.

Cebhe.info xəbər verir ki, bunu deputat Arzu Nağıyev deyib. A.Nağıyev bildirib ki, Milli Məclisdə hətta humanizm göstərəilərək bu cərimələrin az və ya çox olması ilə bağlı müzakirələr də aparılıb:

“Hazırda ölkədə yaranmış belə bir vəziyyətdə karantin qaydaları, eyni zamanda fərdi-qoruyucu vasitələrdən, əsasən də maskalardan istifadə ilə bağlı müəyyən edilən tələblər pozuldu. Məsuliyyətsizlik son nəticədə koronavirusa yoluxanların sayına ciddi təsir etdi və yoluxma sayı kəskin surətdə artdı. Artıq hökumət, dövlət strukturları, aidiyyatı orqanlar həyacan təbili çalmaqla qanunlara ciddi riayət etməyin, bununla bağlı daha sərt qanunların qəbul edilməsi istiqamətində addımlar atmağın zəruri olduğunu dəfələrlə bildirirlər. Bu gün Azərbaycan xalqı, hər bir vətəndaş tək özünü deyil, ətrafında olanları, yaxınlarını, tibb işçilərini, ümumiyyətlə ölkənin genofondunu, gələcəyimizə olan təhdidləri nəzərə almalıdırlar. Bunu düşünməklə bərabər həm də məsuliyyətsizliyin hansı fəsadlara yol aça biləcəyini dərk etməlidirlər. Azərbaycan xalqı müharibənin, təcavüzün, təxribatın ağrı-acısına mətinliklə, mərdliklə sinə gərmiş bir xalqdır və əminəm ki, bu çətinlikdən də alnı açıq çıxacaq. Bu gün Milli Məclis, deputatlar və Milli Məclisin rəhbərliyi də bu çətinliklərin öhdəsindən gəlmək üçün qanunvericilik istiqamətində mühüm addımlar atır və dövlətin, Azərbaycan xalqının yanındadır. Təqdim olunan layihəyə, daha doğrusu dəyişikliklərə deputat həmkarlarımı səs verməyə çağırıram və düşünürəm ki, bu dəyişiklik Azərbaycan vətəndaşının sağlamlığı, rifahı, gələcək genofondun qorunması, eyni zamanda dövlət və milli təhlükəsizliyimizə olan təhdilərin qarşısının alınmasına yönələn bir qanunun qəbulu olacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1860