hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Metro stansiyalarından birinə Elçibəyin adı verilsin” – Alimdən təklif

“Metro stansiyalarından birinə Elçibəyin adı verilsin” – Alimdən təklif

“Azərbaycanda eks-prezidentlərin statusu haqqında qanun layihəsi var. Bu qanun layihəsinin olduğu ölkədə eks- prezident, Azərbaycan Milli Azadlıq Hərakatının liderlərindən biri Əbülfəz Elçibəyin adına küçə və yaxud prospekt yoxdur”.

Cebhe.info xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib. Z.Əliyev Elçibəyin adının əbədiləşdirilməsi üçün təkliflə çıxış edib:

“Türkiyədə, Ağsarayda Əbülfəz Elçibəy küçəsi var, Azərbaycanda niyə yoxdurə Bakının prospektlərindən, yaxud hansısa metro stansiyalarından birinə onun adını verməklə Elçibəyin xatirəsini əbədiləşdirmək olmazmıə Məsələn, metronun “Xalqlar Dostluğu” stansiyası “Elçibəy” adlansa pis olarə Yaxud Elçibəy küçəsi olsa, bunun nə ziyanı varə”

Z.Əliyevin fikrincə, Elçibəyin xatirəsi əbədiləşdirilməlidir:

“Mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi mütləqdir. Bu məsələ mütləq gündəmdə olmalıdır. Elçibəy bu xalqın seçdiyi prezidentlərdən biri olub və onun Azərbaycan dövləti qarşısında xidmətləri var”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 3389