hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Moody’s”: "Aviadaşımalar üzrə 2021-ci il üçün proqnozu mənfidir"

“Moody’s”: "Aviadaşımalar üzrə 2021-ci il üçün proqnozu mənfidir"

“Moody’s Investors Service” COVID-19 pandemiyasının ikinci dalğasının gələcək aylarda sərnişinlərin hava nəqliyyatına tələbatı bir qədər də azaldacağından, 2021-ci ildə aviadaşımalar üzrə mənfi proqnoz verib.

“Moody’s” məlumatına görə, pandemiyanın ilk 6 ayında sərnişinlərin hava nəqliyyatına tələbatı gözlənilən bədbin ssenaridən daha yaxşı olsa da, pandemiyanın ikinci dalğası tələbatı 2021-ci ildə yenidən gözləntilərdən aşağı salacaq. Bu il ümumi sərnişin trafikində azalma 65-75% olacağı gözlənilir.

Agentlik qeyd edir ki, pandemiyadan əvvəl aviaşirkətlərin ortalama reytinqi “Ba1” səviyyəsində idisə, hazırda ortalama reytinq “Ba3″ə bərabərdir.

“Moody’s” sözügedən sektorda bu il 124 mlrd. ABŞ dolları, 2021-ci ildə isə 155 mlrd. dollar səviyyəsində gəlir proqnozlaşdırır, halbuki 2019-cu ildə aviaşirkətlərin gəlirləri 315 mlrd. dollar olub. (apa)

Cebhe.info


Oxunma sayı: 1255

Bizim Telegram səhifəmizi izləyin