hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

“Moody's”: “Qlobal iqtisadiyyat tənəzzülə girməyəcək”

“Moody's”: “Qlobal iqtisadiyyat tənəzzülə girməyəcək”

Beynəlxalq kredit reytinq agentliyi “Moody's” “Qlobal Makro Görünüş: 2020-2021" hesabatını açıqlayıb.

Cebhe.info xəbər verir ki, hesabatda qlobal iqtisadiyyatın qarşıdakı 2 il ərzində zəif qalacağı, ancaq tənəzzül gözlənmədiyi bildirilir.

Hazırda iqtisadiyyatlardakı aşağı böyümə, aşağı inflyasiya və məhdud siyasət sahəsi qlobal iqtisadiyyatı risklərə qarşı daha həssas edir. Agentlik, G20 ölkələrini 2020-ci ildə illik 2.6 faiz böyümə gözləntilərini qoruyacağını, ABŞ və Çin iqtisadiyyatında isə 2020-ci ildə yavaşlamanın davam edəcəyini proqnozlaşdırır.

“Moody's”, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının 2020 və 2021-ci illərdə sabitləşəcəyini və ya bərpa edəcəyini vurğulayıb.

Hesabata həmçinin artan ticarət müharibələrinin  iqtisadiyyatlar üçün böyük risk yaratdığı da əlavə edilib.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1387