hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Müharibə veteranlarının müavinəti 80 manatdan 130 manata qaldırılsın” - Deputat

“Müharibə veteranlarının müavinəti 80 manatdan 130 manata qaldırılsın” - Deputat

“Hazırda müharibə veteranları 80 manat müavinət alırlar. Bu 80 manat veteranlara kommunal xərclərinin ödənilməsi üçün verilir. Ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb”.

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Ona görə təklif edirəm ki, müharibə veteranlarına kommunal ödənişlər üçün verilən müavinət 80 manatdan 130 manata qaldırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının artırılmasına nail ola bilərik”, - deputat vurğulayıb.

Cebhe.info


Oxunma sayı: 474