hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Müharibədə 5 min erməni hərbçi ölüb”: Ermənistan MTX-nin sabiq direktoru

“Müharibədə 5 min erməni hərbçi ölüb”: Ermənistan MTX-nin sabiq direktoru

“Ermənistan müharibədə 5 min itki verib. İqtisadiyyat dağılıb, 10 min kv km ərazini Azərbaycan alıb”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanestyan deyib.

Eks-direktor bildirib ki, Ermənistanın müharibədəki məğlubiyyəti yarıtmaz idarəçilikdən qaynaqlanıb:

“Bu isə artıq xəyanətdir. Hiss edəndə ki, ölkəni idarə etməyə qadir deyilsən, bunu daha bacarmırsan, xalqın qarşısına çıxıb bunu deməlisən. Deməlisən ki, qoy daha ağıllı adamlar gəlsin və problemi həll etsin. Ən əsas da odur ki, bu müharibə nədən başladı? Mən dəfələrlə demişdim ki, Paşinyanın yaramaz idarəçiliyi nəticəsində müharibə olacaq. Paşinyan bizi addım-addım müharibəyə aparırdı. Parlamentdə ondan soruşdular ki, nə ətrafında danışıqlar aparır? O bildirdi ki, nəyin ətrafında istəsəm, danışıq apararam. İndi gördük ki, o, nəyin ətrafında danışıq aparırmış. Ermənistanın 100 faizlik kaputulyasiyası ətrafında".

Xəzər
Cebhe.info


Oxunma sayı: 2718

Bizim Telegram səhifəmizi izləyin