hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

“Müharibədə iştirak edən insanların hər biri bu və ya digər formada qəhrəmandır” – QHT sədri

“Müharibədə iştirak edən insanların hər biri bu və ya digər formada qəhrəmandır” – QHT sədri

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı zəfər tarixinə qızıl hərflərlə yazıldı.

Bu zəfər Azərbaycan Ordusunun sayəsində qazanıldı. Bu gün dövlət Vətən müharibəsində iştirak etmiş hərbçilərə diqqət və qayğı göstərir və onların bütün problemlərinə həssaslıqla yanaşılır. Müharibədə iştirak etmiş hərbçilərin diqqətdən kənar qalmaması, problemlərini açıq və rahat şəkildə deməsi üçün xüsusi komissiya da yaradılıb və hazırda da fəaliyyətini davam etdirir. Qeyd edək ki, Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən bir neçə gün ərzində 800-ə yaxın müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb. Bunun özü də göstərilən diqqət və qayğının təzahürüdür.

Proses isə davam etdirilir. Nəzərə alsaq ki, müharibənin bitməsindən 5 ay keçib, bu müddət ərzində artıq eyli işlər görülüb. Şəhid hərbçilərin ailələrinə mənzillərin verilməsi, sağlamlığında problemlər olan hərbçilərin Yaşat Fondu vasitəsilə xarici ölkələrə müalicəyə göndərilməsi işləri davam etdirilir. Bütün bunlar da Vətən müharibəsi iştirakçılarına dövlətin göstərdiyi qayğının bir hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Cebhe.info-ya açıqlamasında deyib ki, Vətən müharibəsində başda Prezident olmaqla xalqımız böyük fədəkarlıq göstərdi:

“30 illik bəladan qurtulmaq Azərbaycan Ordusunun, dövlətinin nə qədər güclü olduğunun bariz nümunəsidir. Təbii ki, müəyyən problemlər var və bu məsələlər bir neçə qrupa ayrılır. Hələ itkin olan hərbçilərimiz var, onların ailələrinin gözü yoldadır. Allahın köməkliyi ilə sağ-salamat dönərlər. Bu müharibədir, müharibədə bu cür hadisələr olur. Dağlıq, meşəlik ərazidə müharibə aparmışıq. Hərbçilərin bir qismi medal almaqla bağlı müraciətlər edir.

Vətən müharibəsinə 80 mindən artıq həbçi cəlb olunub. Təbii ki, medal onların hər birinin haqqıdır. Bu müharibədə iştirak edən insanların hər biri bu və ya digər formada qəhrəmandır və dövlət bunu qiymətləndirir, bundan sonra da qiymətləndirəcək. Hesab edirəm ki, növbəti bayramlardan, Silahlı Qüvvələr Günündə Prezidentin sərəncamları ilə digər şəxslər də qiymətləndiriləcək. Bir qrup müraciətlər də əlilliklə bağlıdır. Əlillik məsələsi də bir az zaman aparır. Bu müddət ərzində məsələlər müəyyənləşməli və təyinatlar verilməlidir.

Şəhid ailələrinə və müharibə veteranlarına hər zaman qayğı göstərilib. Artıq Milli Məclisə də qanun layihə daxil edilib və veteran adının verilməsi ilə bağlı qanun qəbul ediləcək. Nazirlər Kabinetində də nazir və xidmət rəsilərinin müavinlərindən ibarət komissiya yaradılıb. O da yaxın vaxtlarda müəyyənləşəcək və veteran adları veriləcək.

Hesab edirəm ki, Prezidentin tapşırıqlarına uyğun olaraq şəhid ailələri və müharibə əlilləri mənzillərlə təmin ediləcək. Onlar təhsil məsələlər də həll olunur. Artıq onların özəl məktəblərdəki təhsil haqqını dövlət qarşılayır. Sağlamlıq problemi olan hərbçilər “YAŞAT” Fondu vasitəsilə Türkiyəyə müalicəyə göndərilir, İsraildən həkimlər gətirilir və onların müalicə prosesi həyata keçirilir. Dövlət şəhid ailələrinin bank kreditlərini bağladı. Çox istiqamətdə işlər gedir və bundan sonra da getməlidir. Onlar Azərbaycan üçün canlarını, sağlamlıqlarını veriblər. Dövlətin də, cəmiyyətin də borcudur ki, onlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşsın”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 980