hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

“Münaqişə həll olunmayıb” - Ermənistanın Xarici İşlər naziri

“Münaqişə həll olunmayıb” - Ermənistanın Xarici İşlər naziri

“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional təhlükəsizliyin problemlərindən biri olaraq qalır”.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan parlamentin Avrasiya inteqrasiya məsələləri komissiyasının iclasında çıxışı zamanı belə deyib.

O bilıdirib ki, Azərbaycanın Türkiyənin dəstəyi ilə Qarabağın bir sıra ərazilərini “zəbt etməsi” münaqişənin həlli sayıla bilməz.

“Yalnız bütün tərəflərin maraqlarını nəzərə alacaq və “Artsax”ın son statusunu təyin edəcək siyasi və razılaşdırılmış qərar bu münaqişəyə son qoya bilər” - nazir belə deyib.

Ayvazyan Ermənistanın danışıqlar prosesini bərpa etməyə sadiq qaldığını bildirib.

O qeyd edib ki, sülhə nail olmaq üçün əlverişli atmosfer formalaşmalıdır.

“Lakin Azərbaycan tərəfi bu yolu tutmağa hazır olduğunu hələ nümayiş etdirməyib” - Ermənistan XİN rəhbəri belə fikir söyləyərək məsuliyyəti Azərbaycanın üzərinə atıb.

Ayvazyan Azərbaycanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli sazişin şərtlərini yerinə yetirməməkdə və əsirləri Ermənistana qaytarmamaqda ittiham edib.

Nazir buna baxmayaraq, Ermənistanın mövqeyinin dəyişməz qaldığını, ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırkı formatını dəstəkləməyə davam edəcəyini vurğulayıb.

“Biz münaqişənin sülh yolu ilə həlli prosesinin irəliləməsini təmin edə biləcək ATƏT-in Minsk qrupunun güclü həmsədrliyini gözləyirik” - erməni diplomat bəyan edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 562