hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

“NATO-nun regiona gəlişi qaçılmazdır” – ŞƏRH

“NATO-nun regiona gəlişi qaçılmazdır” – ŞƏRH

NATO Ukrayna və Gürcüstan siyasətində Rusiya ilə üz-üzə gəlməkdədir.

Cebhe.info-nun xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib:

“NATO baş katibi Yens Stoltenberq Ukraynanın tezliklə alyansa üzv olacağını qeyd edib. Təbii ki, baş katibin bu açıqlaması artıq NATO üçün Ukraynanın mühüm bir dövlət statusuna malik olması anlamına gəlir. NATO gəmilərinin Odessa limanında lövbər salması fonunda Y.Stoltenberqin bu açıqlaması, Rusiya ilə yeni geosiyasi qarşıdurmadan xəbər verir. Təşkilatın planına uyğun olaraq Ukrayna və Gürcüstan NATO-ya üzv ediləcək.

NATO-nun genişlənən periferiyasının Şərqi Avropa ilə Cənubi Qafqazı əhatə etməsi gözlənilir. Bu siyasi proseslər yeni dünya düzənin formalaşmasına aparır. Məqsəd geosiyasi rəqabətdə Rusiyanın təsir və mövqeyini kifayət qədər zəiflətməklə, regionda təhlükəsizliyi təmin etməkdir.

Göründüyü kimi, NATO Rusiya qarşısında geri çəkilmir, daha da irəli addımlarla Çinlə Mərkəzi Asiyada toqquşmağı hədəfləyir. Mərkəzi Asiyaya çıxış Cənubi Qafqaz və Xəzər üzərindəndir. Burada Azərbaycanın qlobal geosiyasi və geohərbi müstəvidə əhəmiyyəti daha da artır. Alyansın Azərbaycana dəstəyi birmənalı şəkildə ölkəyə müsbət təsir göstərəcək. Perspektivdə region dövlətlərinin NATO-ya üzvlük məsələsi baş tutmasa, həmin ölkələr Moskvanın siyasi-hərbi işğalı ilə yenidən üzləşə bilərlər. Bu da Qərbin Şərqə doğru genişlənməsinin qarşısını alır və Avropa üçün ciddi təhdiddir”.

Politoloq qeyd edir ki, Ukraynanın NATO-ya üzvlüyünün reallaşması mümkün ssenaridə tezləşdirilə bilər: “Bu addım Tiflis üçün də keçərli ola bilər. Kremlin bütün təhdidləri boşuna olacaq və reallıqlarla barışacaq.

Ukraynadan sonra Gürcüstanın yeni planda Azərbaycan və Ermənistanın NATO-ya üzvlüyü nəzərdə tutulur. Bu proses 2023-cü ildən başlayacaq. Gürcüstan mövcud sərhədləri çərçivəsində alyansa üzv olacaq. Rusiyanın təzyiqləri nəticə verməyəcək. Hazırda Azərbaycan və Ermənistanın alyansa üzvlüyü müzakirə obyekti olmasa da, proseslər analoji ardıcıllıqla gedəcək. İlkin planda Ukrayna və Gürcüstandır. NATO bu iki ölkəni üzvlüyə qəbul edərsə, artıq Qarabağ münaqişəsinin həlli NATO üçün prioritet olacaq. 

Çünki alyans Şərqi Avropa və Cənubi Qafqazda təhlükəsizlik çəmbəri yaratmaqla region ölkələrini qorumasına alır. Bununla da yeni dünya nizamında Rusiyanın və Çinin regiona girişinin əngəllənməsi, Mərkəzi və Cənubi-Şərqi Asiyanın nəzarətə götürülməsi nəzərdə tutulur.

Rusiya və NATO-nun rəqabəti regionda yeni siyasi-hərbi mənzərə yaradacaq. Rusiyanın Ermənistandakı bazasının iki dəfə gücləndirməsi də məhz bununla əlaqədardır. 

Vurğulamaq lazımdır ki, Qərb Ermənistandakı inqilabdan sonra Paşinyana ümid edirdi. Paşinyan əvvəl regionda geosiyasi dəyişikliklərə və NATO-nun bu planına razılıq verməsinə baxmayaraq, öz hakimiyyətini qorumaq naminə hələ ki, Kremlə “stavka” edir, Qarabağ münaqişəsinin nizamlanmasında manipulyasiyanı davam etdirir. Amma NATO-nun regiona gəlişi qaçılmazdır”. 

Məhəmməd Əsədullazadə hesab edir ki, bu prorseslər Azərbaycanın milli maraqlarına cavab verir və mütləq şəkildə ölkəmiz öz siyasətində NATO ilə diplomatik əlaqələrini inkişaf etdirməlidir.

Xatirə
Cebhe.info


Oxunma sayı: 716