hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

“Nazir atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir” – EKSPERT

“Nazir atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir” – EKSPERT

“Ermənistanın baş naziri Nikol Paşinyan son iki gündə müxtəlif açıqlamalar verib. Eks-prezident Robert Köçəryanın həbsdən azad olunması ona yaman toxunub”. 

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyanın ən diqqətçəkən açıqlaması 2016-cı ilin aprel döyüşləri ilə bağlıdır:

“Paşinyan deyib ki, parlament 2016-cı ilin aprel hadisələrini araşdıran komissiya yaratmalıdır. Bu o deməkdir ki, Nikol Paşinyan aprel müharibəsinə görə “Qarabağ klanı”nın məsuliyyət daşıdığına eyham vurur. Haradan baxsaq Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın əlini gücləndirir. Biz də deyirdik ki, erməni separatçıları 2016-cı ilin aprelində təxribat törədiblər və Azərbaycan ordusu təxribata cavab olaraq əks-hücum əməliyyatı həyata keçirib. İndi Paşinyan da deyir ki, “Qarabağ klanı” onun mövqelərini zəiflətmək üçün cəbhə bölgəsində təxribat yaratmaqla torpaq itkisinə şərait yaradır ki, xalqın gözündə baş nazirin reytinqi aşağı düşsün. Bu da göstərir ki, Paşinyan cəbhə bölgəsində indiyənədək atəşkəsin pozulmasının arxasında separatçıların dayandığını etiraf edir. Əlimizə bu cür fürsət düşmüşkən Azərbaycan XİN-nin bir bəyanat verib, Paşinyanın etiraflarına dəstək verməsi zəruridir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 672