hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Nə etsək də, Moskva bizə tərəf olmayacaq” - EKSPERT

“Nə etsək də, Moskva bizə tərəf olmayacaq” - EKSPERT

"Həqiqətən də Rusiya tərəfi bu münaqişədə əgər bitərəf və səmimi mövqe tutubsa və yaxud tutursa, Ermənistana təzyiq göstərərək silahlı dəstələrini işğal etdiyi ərazilərdən çıxarmağa, beləliklə də müharibəni dayandırmağa vadar edə bilər. Gerisini isə Azərbaycandan, heç tapmasa Türkiyənin vasitəçiliyi ilə, yəni Ankaranın Bakıya təkid etməsi yolu ilə əldə etməsi mümkündür".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov deyib. O qeyd edib ki, Rusiya xüsusən türk və müsəlman faktorlarını qəbul edə bilmir:

"Amma bunu müşahidə etmirik! Niyə və nəyə görə ?! Demək, Azərbaycanın ərazisinin bir hissəsinin işğal altında qalmasında Rusiya özü bilavasitə maraqlıdı, buna görə... Yəni məntiqlə yanaşdıqda bu aşkar görünür. Bəs, səbəb nədir? Rusiya Azərbaycanın ərazisinin bir hissəsinin işğal altında qalmasını niyə istəyir? Çünki Rusiya ətrafında daim "parçala və hökm sür" siyasəti həyata keçirib, keçirir və keçirəcək. Cənubi Qafqaz regionunda isə ona bu işdə həmişə Ermənistan yarayıb, onun vasitəçiliyi kara gəlib. Nə etsək də xeyri yoxdur, Moskva bizə tərəf olan deyil! O səbəbdən, üstəlik türk və müsəlman faktoru da ruslara bu mənada heç vaxt məqbul hesab edilməyib və edilmir. Odur ki, Rusiya bizimlə heç vaxt səmimi olmayıb və olmayacaq da. Bunu birdəfəlik yəqin etmək gərəkdir. Lakin bu, bizi qorxutmalı deyil".

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1629

Bizim Telegram səhifəmizi izləyin