t “Nəsimi ili” nə ilə yadda qaldı? - Azərbaycanda və dünyada dahi Azərbaycan şairinə BÖYÜK EHTİRAM
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

“Nəsimi ili” nə ilə yadda qaldı? - Azərbaycanda və dünyada dahi Azərbaycan şairinə BÖYÜK EHTİRAM

“Nəsimi ili” nə ilə yadda qaldı? - Azərbaycanda və dünyada dahi Azərbaycan şairinə BÖYÜK EHTİRAM

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan etmişdi.

Ötən il ölkəmizdə, eləcə də dünyada bu münasibətlə bir sıra tədbir və ictimai-mədəni işlərlə yadda qaldı. Qeyd edək ki, maraqlı tədbirlərlə yadda qalan "Nəsimi ili"nə 2019-cu il dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bütün ölkə ərazisində 650 min ağacın əkilməsi ilə təntənəli yekun vurulub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 6-da Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Ümumilikdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində 83 şəhər və rayonda 37 növdə 650 min ağac əkilib.

Cebhe.info 2019-cu ilin yekunu olaraq "Nəsimi ili" çərçivəsinə keçirilən bu tədbirlərdən bəzilərini oxuculara təqdim edir.

1.Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Resbublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı əsasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi keçirdi.

2. Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “ŞAİRƏ İTHAF” adlı açıq respublika rəsm müsabiqəsi təşkil olunub.

3. TÜRKSOY-un Ankaradakı mərkəzi qərargahında “Nəsimi ili”nin açılış mərasimi keçirildi.

Nazirlər, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdikləri mərasim Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.

Martın 7-də isə İstanbulda Türk Ədəbiyyat Vəqfində bu münasibətlə keçirilən tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, TÜRKSOY, Azərbaycan Milli Kitabxanası və Türk Ədəbiyyat Vəqfi tərəfindən təşkil olundu.

4. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Nəsiminin qəzəlləri özbək dilinə tərcümə olunub və “Cananı sevərmən” adlı kitab formasında Daşkənddə çapdan çıxdı. Həmin ölkədə “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi keçirilib. Özbəkistanın xalq şairi Camal Kamal Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin dahi söz ustadı İmadəddin Nəsimiyə həsr etdiyi “Fəryad” əsərini özbək dilinə tərcümə etdi.

5. Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutu ilə birlikdə aprelin 24-də Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirildi.

6. İordaniyanın aparıcı “Əd-Dustur” qəzetində, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında “Seyid İmadəddin Nəsimi: Cahanın sığmadığı həqiqət şairi” sərlövhəli məqalə dərc edilib.

7. Sentyabrın 23-də İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə Berlin şəhərində konsert keçirilib.

8. Sənətkar Mürşüd Talıbov ilk dəfə olaraq dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şəklini kəlağayı üzərinə köçürdü. 

9. Oktyabrın 16-da UNESKO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri baş tutdu.

10. Noyabrın 27-də Estoniyanın paytaxtı Tallində Nəsiminin 650 illik yubileyi münasibətilə “Artis Cinema” salonunda “Nəsimi” filmi nümayiş olundu. Baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film Azərbaycan dilində və ingilis subtitrləri ilə göstərildi.

11. Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf Mədəniyyət Nazirliyinin sifarişi əsasında dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyası hazırladı. 

12. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "NƏSİMİ-650: Haqqın carçısı" mövzusunda elmi-praktiki konfrans keçirildi.

13. Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ölkə boyunca bir gündə 650 min ağacın əkilməsi isə “Nəsimi ili”nə ən böyük töhfə oldu. 

Bunlardan başqa “Nəsimi ili” ilə əlaqədar müxtəlif rəsm sərgiləri, bölgələrdə müxtəlif qiraət müsabiqələri, elmi konfranslar və s. keçirildi.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3026