hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

“Nəticə yoxdursa, böyük idam qurğuları ilə fəxr edə bilmərik” - Pərviz Şıxəliyev

“Nəticə yoxdursa, böyük idam qurğuları ilə fəxr edə bilmərik” - Pərviz Şıxəliyev

Azərbaycan futbolunun durumu narahatlıq doğurur. Milli komandamızın ardıcıl böyük hesablı məğlubiyyətləri diqqəti yenidən futbol təsərrüfatının bərbad durumuna yönəldib. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təşkilat şöbəsinin müdiri Pərviz Şıxəliyev hesab edir ki, son vaxtlar əksər sahələrdə geriləmə müşahidə olunur: 

“Nə iqtisadi, nə sosial, nə mədəniyyət, nə təhsil, nə səhiyyə, nə də idman sahəsində durum ürəkaçan deyil. İqtisadiyyatımız tam olaraq neft və qaz satışından aslıdır. Təhsil, nəqliyyat sektorunda ciddi problemlər var. Səhiyyəmiz xəstələrin əlinə baxır. Böyük pullar hesabına qurulan infrastruktura baxmayaraq idmanda ciddi nailiyyətlərimiz yoxdur. Bütün rayonlarda, qəsəbələrdə böyük xərc çəkilib, olimpiya mərkəzləri tikilib. Xaricdən idmançılara milyonlar xərcləyib yığma komandaya çağırırlar, onlar da yarışlarda axırıncı yeri tuturlar. Amma perspektivli idmançılara şərait yaradılmır. Məsələn, yüngül atletimiz Ramil Quliyevə şərait yaradılmadı, o da   Türkiyəyə getməyə məcbur oldu. Türkiyənin şərəfini qorudu, olimpiadada, dünya və Avropa çemionatlarında yüksək yerlər tutdu. Nəhayət futbol üzrə yığma komandamız uzun zamandır nəticə göstərər bilmir, daim biabırçı hesablarla uduzur. Futbol təsərrüfatlarının rəhbərləri yaradılan şərait, qurulan infrastrukturla fəxr etməsinlər. Bu gün  11 nəfər usta  futbolçu tapıb meydana buraxa, nəticə qazana bilmiriksə, rayonlarda isfifadəsiz qalmış olimpiya mərkəzləri ilə, böyük stadionlarla fəxr edə bilmərik”. 

Aydın
Cebhe.info


Oxunma sayı: 881