hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

“Nikol Paşinyan dilemma qarşısında qalıb” – EKSPERT

“Nikol Paşinyan dilemma qarşısında qalıb” – EKSPERT

“Gələn il qondarma rejimdə keçiriləcək seçkidə “Qarabağ klanı”nın əsas namizədi Vitali Balasanyan olacaq”.

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan "Mənim addımım" blokunun deputatları ilə görüşərək Qarabağ məsələsi və separatçı rejimdə baş verənləri müzakirə edib:

“Qarabağdakı qondarma rejimin dəyişməsi Paşinyan üçün siyasi prioritetdir. Ona qarşı müqavimət göstərən gələn il qondarma rejimdə keçiriləcək seçkidə “Qarabağ klanı”nın əsas namizədi Vitali Balasanyan olacaq. Keçmiş səhra komandiri Vitali Balasanyan seçkiyə əsas qüvvə toplayaraq gedir və burada “Qarabağ klanı”n rəhbərlikdə, həmçinin siyasi arenada qalmasına çalışacaq.

Qeyd edim ki, Vitali Balasanyana Serj Sarkisyan və digər "Qarabağ klanı”n üzvləri dəstək verir. Eks-prezident Serj Sarksyan ABŞ-ın Ermənistandakı səfiri ilə görüşündə gələn il Qarabağda keçiriləcək seçkilərə Paşinyanın müdaxilə etməməsini müzakirə edib və separatçı rejimin onların əlində qalması üçün Paşinyana maksimum təzyiqlər edilməsini istəməsi istisna deyil. Paşinyanın son aylarda Rusiyaya qarşı yön alması Sarkisyanın əlində rıçaqdır və o, bunu ABŞ səfirliyinə çatdırıb. Yoxsa, Sarkisyanın onun devrilməsində müstəsna xidməti olan səfirliklə nə əlaqəsi ola bilər? Görünür Qarabağdakı siyasi dayaqlarını sarsıtmamaq və Vitali Balasanyanın orada rəhbərliyə gəlməsi üçün Paşinyanın mane olmaması istənilib”.

Siyasi şərhçi onu da vurğulayıb ki, artıq Paşinyan blokunun deputatları ilə görüşdə oradakı seçkilərə müdaxilə etməyəcəyini deyib:

“Bu arada baş verən proseslərdən narahat olan qondarma rejimin parlamentində "Vətən Fraksiyası"nın deputatları Paşinyanla görüşə gəlib. Məqsəd qondarma seçkilərə bir getmək və orada koalisiya yaratmaqdır. Qondarma rejimin eks-baş naziri Artunyanın partiyası Paşinyanla siyasi ittifaqa gedib, burada rəhbərliyə gəlməyi planlayır.
Paşinyan hazırda dilemma qarşısındadır. Əgər “Qarabağ klanı”n Xankəndinə qondarma rejimdə hakimiyyətdə qalmasına şərait yaratsa, öz hakimiyyəti üçün təhlükə olacaq və Qarabağ münaqişəsinin nizamlanmasında ciddi problemlərlə üzləşəcək. Məhz baş verən proseslərlə bağlı parlamentdə öz fraksiyasının deputatları ilə görüşərək onlarla müzakirə edib”.

Analitikin qənaətincə, Nikol Paşinyanın Qarabağ separatçılarına güzəştə getməsi gözlənilmir:

“Azərbaycanla aparılan danışıqlar, cəbhədə nisbi sakitlik pozula bilər. Paşinyan Prezident İlham Əliyevlə Aşqabadda və digər konfranslarda görüşüb inandırmağa çalışır ki, münaqişənin həllinə çalışacaq, əsasən, Qarabağdakı separatçıların yerinə öz adamlarını yerləşdirsin. Qarabağdakı qondarma rejim dəyişsə, Paşinyan Qarabağla bağlı yeni plana başlaya bilər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 925