hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

“O, jurnalistikaya fədakar yanaşmanın obrazıdır” - Əflatun Amaşov əməkdar jurnalistdən yazdı

“O, jurnalistikaya fədakar yanaşmanın obrazıdır” - Əflatun Amaşov əməkdar jurnalistdən yazdı

“Bu gün Azərbaycanın bölgə mətbuatının ən dəyərli simalarından olan, respublikanın əməkdar jurnalisti Əminə xanım Əhmədovanın (Əminə Yusifqızının) doğulduğu gündür. Bu münasibətlə onu səmimi qəlbdən təbrik edirəm”.

Bu sözləri özünün “facebook” səhifəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.

Əflatun Amaşov Əminə Yusifqızını jurnalistikanın bütün əziyyətlərə qatlaşan peşəkar siması adlandırıb:

“Əminə xanım təpədən-dırnağadək jurnalistdir. O, peşəyə sevginin əyani nümunəsidir. Əminə xanım mənim nəzərimdə əziyyətlərə, məhrumiyyətlərə qatlaşmanın, jurnalistikaya fədakar yanaşmanın obrazıdır. İnternet medianın ənənəvi medianı üstələdiyi indiki dövrdə o, Yevlaxın illərdir baş redaktoru olduğu "Kür" qəzetinin timsalında sübut edir ki, vəziyyətin, şəraitin necə gətirməsi önəmli deyil, əsas məsələ ənənələri yaşatmaqdır. Bəli, xanım Əhmədova mətbuat ənənələrinə sadiqliyin peşəkar obrazıdır. O ənənələri ki, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin tələbəsi olarkən əxz edib. O ənənələri ki, "Kür" qəzetinə tətbiq etməklə öz adını nəinki bu nəşrin, eləcə də Yevlax rayonunun müasir tarixinə yazdırmağa müvəffəq olub”.

MŞ sədri hesab edir ki, Əminə Yusifqızı imzası dəyərdir:

“Bu imza öz varlığını həyatını bağladığı "Kür" ilə yaşadır, sanbalını, çəkisini qoruyur. Əminə xanım 1935-ci ildən işıq üzü görən nəşrin bölgə qəzetləri arasındakı indiki yüksək statusunu formalaşdıran bənzərsiz simadır. Hesab edirəm ki, həmkarım üçün ən böyük arzu elə "Kür"lə bağlıdır. Çünki "Kür" qəzetinin və onun jurnalistikaya sadiq əməksevər kollektivinin mövcudluğu ötən illərə ali mükafat payıdır, qiymətdir.

Əminə xanımın və qəzetin kollektivinin müstəsna xidmətlərinin nəticəsidir ki, bu günün "Kür"ü fəaliyyətini müasir dövrün tələbləri ilə məharətlə uzlaşdırır, təmsil olunduğu bölgənin salnaməsini yaradır.

Əziz və dəyərli Əminə xanımı bir daha ürəkdən təbrik edir, həmkarıma yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı, həmişəki kimi böyük ruh yüksəkliyi ilə çalışmaq əzmi arzulayıram.

Ən xoş diləklərim Sizinlədir, əziz və hörmətli Əminə xanım. Var olun!”

Cebhe.info


Oxunma sayı: 1057