hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“O, vətənə bağlı olduğunu qanı ilə sübut etmişdi” - Deputat həlak olmuş Qarabağ qazisindən danışdı

“O, vətənə bağlı olduğunu qanı ilə sübut etmişdi” - Deputat həlak olmuş Qarabağ qazisindən danışdı

“Qarabağ qazisi, əfsanəvi Biləsuvar batalyonunun komandiri Musayev Qədir Əsəd oğlu haqqa qovuşdu”.

Cebhe.info xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov deyib.

“Qədir xalqını, dövlətini ürəkdən sevən insan idi, bunu canı ilə qanı ilə sübut etmişdi. Haqsızlığa dözümü yox idi, sözünü üzə deyən adam idi. Məhz onun bu xüsusiyyətindən də bəzi yaramaz adamlar istifadə etməyə cəhd edirdi, lakin Qədir heç vaxt belə adamlara fürsət verməzdi.

Qədirin dövlətə, dövlətçiliyə olan bağlılığı şübhəsiz idi! Qədirin faciəvi sürətdə vəfatı şəxsən mənim üçün ciddi itki oldu, son 5 ayda kifayət qədər səmimi münasibətlərimiz yaranmışdı, mütəmadi əlaqəmiz vardı.

Bütün gücü ilə yanımızda yer tutmuş, başladığımız bu şərəfli yolda daim dəstəyimiz, yol yoldaşımız idi. Allah sənə rəhmət eləsin, Qədir. Ən ehtiyacımız olduğun vaxtda tərk etdin bizi”-deyə, deputat bildirib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 7811