hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

“Oğru dünyası”nda çaxnaşma: “Obşak” başqa ölkəyə aparılır

“Oğru dünyası”nda çaxnaşma: “Obşak” başqa ölkəyə aparılır

“Kriminal general” Oleq Şişkanın həbsi ilə “oğru dünyası”nda çaxnaşma yaranıb.

Cebhe.info xəbər verir ki, artıq bir çox "qanuni oğru" növbəti həbs olunacaq şəxsin kimliyini müzakirə edir.

Eyni zamanda bundan sonra "obşak"ın taleyi də sual altındadır. Zaxari Kalaşov həbs olunana qədər bu vəzifəni o yerinə yetirirdi. Onun həbsindən sonra isə "obşak" Şişkana həval olunmuşdu. Ancaq indi onların hər ikisi həbsdədir. Kriminal aləmdə hesab edirlər ki, "obşak"ın növbəti lideri həbs oluna bilər və buna görə də bu məsələdə qarışıqlıq yaranıb. 

Hazırda müzakirə edilən məsələlərdən biri də "xəzinə"nin başqa ölkəyə köçürülməsidir. Burada daha çox Türkiyənin adı çəkilir. Artıq Şakro Molodoyun qohumu Revaz Kaxmazov xaricə köçüb. Onun Moksva ətrafındakı koloniyalarla sıx təması olub və müəyyən mənada "obşak"a nəzarəti həyata keçirib. Bu ilin mayında isə o, axtarışa verilib. 

Bu yaxınlarda "kirminal generallar” Rusiyadan kənarda "sxodka"ya toplaşaraq "obşak"ın taleyini müzakirə edəcəklər. 
Xəzər
Cebhe.info


Oxunma sayı: 8570