hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

“Onları qul kimi işlətmək yolverilməzdir” - Deputat işçilərin sosial problemlərindən danışdı

“Onları qul kimi işlətmək yolverilməzdir” - Deputat işçilərin sosial problemlərindən danışdı

“İşçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsi vacib məsələdir. Buna əməl olunurmu? Xeyr. Birincisi, işçilər Əmək qanunvericiliyində nəzərdə tutulan müddətdən daha çox işlədilir, 8 saat yerinə 12-14 saat. Amma, 8 saatdan artıq sərf etdiyi əməyi üçün ödəniş edilmir. Mən özüm bir çox xarici şirkətlərdə işləmişəm, 8 saatdan artıq işlədiyimiz hər saat üçün iki dəfə daha çox ödəniş alırdıq. Şənbə və bazar günləri işləyəndə də ikiqat ödəniş hesablanırdı. Bütün bunlar bizim əmək fəaliyyətimizdə tətbiq edilirmi? Xeyr. İşçiləri qul kimi işlədib istismar etmək yolverilməzdir”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat əlavə edib ki, hər bir iş yerində işçinin əməyinin mühafizəsi və təminatı olmalıdır:

“Bu da, demək olar ki, yoxdur. Bəzi müəssisə və təşkilatları çıxmaqla 12-14 saat işləyən fəhləyə yemək və istirahət üçün şərait yaradılmır. Fəhlələr evlərindən bankalarda yemək gətirir və ya kolbasa-çörəklə gününü yola verir. Axı bunlar da insandır, onların da ləyaqəti var, onlar da bu ölkənin bərabər hüquqlu vətəndaşlarıdır. Onun üçün də israrla qeyd etmək istəyirəm ki, işçilərin əməyinin mühafizəsinə və təminatlarına ciddi diqqət ayırmaq lazımdır”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 551