hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

“Onun hıçqırtıları qulağımdan getmir” - Tanınmış alim vəfat etmiş gənc hərəkatçıdan yazdı

“Onun hıçqırtıları qulağımdan getmir” - Tanınmış alim vəfat etmiş gənc hərəkatçıdan yazdı

 “Əlirza Amanbəylinin qəfil vəfatı məni sarsıtdı... Azərbaycanın Güneyində baş verən zəlzələ zamanı həyatını itirənlərin kədərini untmamış yeni kədər! Daha ağrılı kədər! Azərbaycanın Güneyindən Quzeyinə gələn Əlirza bəy mənim xatirimdə həmişə kədərli qalıb. Üzü güləndə belə kədərli olurdu”. 

Cebhe.info xəbər verir ki, bu sözləri özünün facebook səhifəsində Bütöv Azərbaycan Ocaqları başqanının müavini, tanınmış tarixçi alim Dilavər Əzimli yazıb. Tarixçi alim qeyd edib ki, fədakar  bir hərəkatçı olan Əlirza Amanbəyli Güney həsrəti ilə dünyadan köçüb:

“Bir dəfə mərhum Söhrab Tahir dedi ki, biz öləndə də qərib ölürük. Doğrudan da elədir. Bu millətin taleyinə nə qədər faciələr yazılıb. Əlirza bəyin anası vəfat etmişdi. Doğma oğul anasının yasına gedə bilmədi. Çünki getsəydi İran rejimi onu edam edəcəkdi. Niyə? Ona görə ki, Güney Azərbaycanın işğalına qarşı çıxış etmişdi. Güney Azərbaycanın müstəqilliyi uğrunda mücadilə edirdi. Anasının vəfatı onu iki qat əymişdi. Bir tərəfdən anasının vəfatını eşidib sarsılmışdı, digər tərəfdənsə son mənsilə yola salmağa, vidalaşmağa gedə bilmirdi. Onun hıçqırtıları gözümdən getmir. Bu,  hamımızın hıçqırtılarıdır! Vətənimiz Anam Azərbaycanın bölük-bölük olan torpaqlarında yaşayan hamının hıçqırtılardır! Hamımız eyni dərddəyik, Əlirza bəy! Biz bu Vətənin bütövləşməsi uğrunda mücadilə aparırıq! Sən də o günü görmək ümidi ilə yaşayırdın! Amansız ölüm səni qəfil aramızdan apardı... Rahat yat, məkanın behiştlik olsun! Biz bu yolu davam etdiririk! Sıralarımız artıq hər gün çoxalır... Bizi əvəz edəcək nəsillər gəlir! Əminik ki, bu Vətən bütövləşəcəkdir! Bu millət yenə də Bütöv Azərbaycanda yaşayacaqdır! Ölümün mübarək, Əlirza bəy!!! Sən çox mənalı bir ömür yaşadın! Bu ömür Azərbaycanın bütövlüyünə xidmət edrdi! Bundan sonra bütün Bütöv Azərbaycan aşiqlərinin qəlblərində həmişə yaşayacaqsan!”

Qeyd edək ki, noyabrın 9-da Bakıda yaşayan Güney Azərbaycanlı milli fəal Əlirza Amanbəyli  gənc yaşında, ağır xəsətlikdən dünyasını dəyişib.

Aydın
Cebhe.info


Oxunma sayı: 1299