hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

“Onunla fəxr etməliyik” - Razi Nurullayev Şah İsmayıl Xətaidən yazdı

“Onunla fəxr etməliyik” - Razi Nurullayev Şah İsmayıl Xətaidən yazdı

Bu gün böyük Azərbaycan hökmdarı, sərkərdə, şair Şah İsmayıl Xətainin doğum günüdür.

Qızılbaş Səfəvi dövlətinin banisi, böyük sərkərdə, 1487-ci ilin iyulun 17-də Ərdəbildə anadan olub.

Şah İsmayıl haqqında son zamanlar ziddiyyətli fikirlər yazılsa da, Azərbaycan türkləri böyük şahın xatirəsini sayğı ilə anır, qurucu hökmdara hömət bəsləyir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurulayev özünün "İnstagram" hesabında Şah İsmayılı Azərbaycan xalqının qürur duyacağı dəyərlərdən olduğunu deyib:

“Deyim ki, fəxr etməli çox nailiyyətimiz var, yalan olar. Olanları isə ləkələməyək, hörmətdən salmayaq, fəxr edək, yetər. Elə xalqlar var ki, cinayətkarlarını, diktatorlarını, qaniçən hökmdarlarını qəhraman edib dünyaya təqdim edirlər. Bizdə isə hələ də Babək Hürrəmiyə və Şah İsmayıla doğru yanaşmayanlar var. Bunu doğru hesab etmirəm.

Biz onlarla fəxr etməyək, bəs kimlərlə edək, dünyaya kimləri təqdim edəkə”

AXCP sədri qeyd edib ki, azərbaycanlılar Səfəvi dövlətinin tarixi ilə fəxr etməlidir: “Mən Şah İsmayıl Xətai və Səfəvilər dövləti ilə fəxr edirəm. Şah İsmayılın doğum günü ilə əlaqədar dövlətimizə, xalqımıza və tariximizə bağlı insanları təbrik edirəm”.

Aydın
Cebhe.info


Oxunma sayı: 4214