hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Ordumuza dəstək belə olmalıdır” - RƏY

“Ordumuza dəstək belə olmalıdır” - RƏY

“XXI əsrin müharibəsi total savaş deyil, hibrit müharibə, texnologiyalar döyüşüdür”.

Cebhe.info-nun xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib:

“Müasir döyüşü əsgər udmur, canlı qüvvə ilə müharibə aparılmır, hətta çağırışçıya belə ehtiyac yoxdur. Ordu peşəkarlardan, özəl qüvvələrdən, dron, pilotsuz uçuş aparat, sputnik, doğru elektronik, digital kəşfiyyat və s. ibarət olmalıdır.

Orta cağlara xas "qılıncı götürək, gedək", ya da sovetlərə xas "Ura, irəli, Stalin üçün" təfəkküründən çıxmaq lazımdı. 21-ci əsrin əsgər profili və vəzifəsi başqa olmalıdır.

Ona görə də orduya və ölkəmizə könüllü kömək etmək istəyiriksə, büdcə oğurluğunun qarşısını almalıyıq, korrupsiyaya imkan verməməliyik, məmurların qanunsuzluqlarına göz yummamalıyıq, seçkiyə getməliyik, səsimizi qorumalıyıq, məmləkətə və ordumuza dəstək məhz belə olmalıdır”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 6249