hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

“Ölkə “fil”lərin döyüş meydanına çevriləcək” - Sabiq spikerdən həyəcan təbili

“Ölkə “fil”lərin döyüş meydanına çevriləcək” - Sabiq spikerdən həyəcan təbili

“Əgər Gürcüstan Abxaziyaya və Cənubi Osetiyaya olan iddiasından imtina etmək şərti ilə NATO-ya daxil olsa, dağılmaq təhlükəsi ilə üzləşəcək”. 

Cebhe.info-nun məlumatına görə, qeyd edilən açılama ilə Vahid Gürcüstan-Azadlıq Uğrunda Partiyasının lideri Nino Burcanadze çıxış edib. Gürcüstan parlamentinin sabiq spikeri bildirib ki, hər iki respublikanın ərazisində Rusiya hərbi bazaları var. Rəsmi Tiflis NATO-ya daxil olacağı təqdirdə Gürcüstan ərazisində ABŞ-ın hərbi obyektləri yerləşdiriləcək. Nəticədə, ölkədə onsuz da qeyri-sabiq olan vəziyyət sarsıla bilər. 

“Biz bir-birini inkar edən iki qüvvəni ölkəmizin ərazisində yerləşdirəcəyik. Biz bütün ölkələrin qaçdığı hər şeyi edirik. Gürcüstanı iki filin qarşıdurma yerinə çeviririk”-deyə Burcanadze bəyan edib. O, fil qismində Rusiyanı və ABŞ-ı, yaxud Rusiya ilə NATO-nu gördüyünü vurğulayıb. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 463