hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

“Özünü qoru, çevrəni xilas et": Media Hərəkatının üzvləri maska paylayıb

“Özünü qoru, çevrəni xilas et": Media Hərəkatının üzvləri maska paylayıb

“Özünü qoru, çevrəni xilas et" Media Hərəkatı üzvləri koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində istirahət günləri maarifləndirici aksiya keçiriblər.

"Report" xəbər verir ki, hərəkata qoşulan media təmsilçiləri yaşadıqları ərazidə, çevrələrində maskadan istifadə etməyən qonşularına, yaxınlarına maska paylayıb, qoruyucu vasitələrdən istifadənin, sosial məsafə saxlamağın, gigiyenik qaydalara əməl etməyin zəruriliyini söyləyiblər.

“Yaşadığımız ərazidə maskadan istifadə etməyən qonşularımıza maska verdik, qoruyucu vasitələrdən istifadənin vacibliyini bildirdik. Bir nəfəri belə qoruyucu vasitələrdən istifadə vərdişlərinə sövq edə bildiksə, çevrəmizin sağlamlığına azacıq töhfə vermiş olduq”.

Qeyd edək ki, həmkarımız İradə İbrahimova sosial şəbəkədə belə bir paylaşım edib.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirlyiinin mətbuat katibi İradə İbrahimovanın təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə məqsədilə “Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradılıb və 100-dən artıq media təmsilçisi və jurnalist bu hərəkata qoşulub.

Cebhe.info


Oxunma sayı: 914