hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

“Paşinyan “Qarabağ klanı” ilə danışıqlara gedə bilər” – ŞƏRH

“Paşinyan “Qarabağ klanı” ilə danışıqlara gedə bilər” – ŞƏRH

“Azərbaycan ordusunun genişmiqyaslı təlimləri danışıqlar prosesindan yayınan Paşinyan üçün bir mesajdı. Artıq Paşinyan öz daxili problemlərinin girdabına doğru gedir və Paşinyanın komandası ondan üz döndərir. Bu, Paşinyanın siyasi dayaqlarının zəifləməsinə və Qarabağla bağlı ritorikasının dəyişməsinə gətirəcək”.

Cebhe.info xəbər verir ki, bu fikirlərlə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. 

Politoloq qeyd edib ki, Ermənistanda inqilab hökuməti demək olar ki, ölkənin inkişafına heç bir müsbət islahatlar gətirmədi:

“Bu ölkədə düşmənçiliyə və qütbləşməyə səbəb oldu. Məhz onun hökumətinin üzvülərinin istefaya getməsində Kremlin izini istisna etmirəm. Ermənistana iqtisadi-hərbi və kəşfiyyat baxımından nəzarət edən Rusiyanın Paşinyanın komandasını dağıtması elə də çətin bir məsələ deyil.

Paşinyanın silahdaşlarının ondan üz döndərməsi və ağrılaşan iqtisadi durum, xalqın narazılığına səbəb olacaq. Moskva prosesləri bu istiqamətdə planlayır. Nəticədə zəifləmiş Paşinyan güclənən “Qarabağ klanı” ilə danışıqlara gedə bilər. Bu da Paşinyanın siyasi sonu deməkdir. Əgər Paşinyan Qərblə normal əməkdaşlığa gedib, ABŞ-ın siyasətinə uyğun davaranarsa, onun hakimiyyətdə qalmaq şansı var. Amma Paşinyan iki stulda oturmağa can atdığı üçün hər iki tərəf onu stuldan aşırmağa başlayır. Azərbaycan yalnız cəbhədə ciddi təzyiqləri davam etdirməli və Moskva ilə danışıqları aparmalıdır”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1123