hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Paşinyan müasir erməni faşizminin bariz nümunəsidir” – POLİTOLOQ

“Paşinyan müasir erməni faşizminin bariz nümunəsidir” – POLİTOLOQ

“Füzulinin azad edilməsi Xankəndi və Ağdamın alınmasına aparır”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Ermənistanın Gəncəyə raket hücumu Füzulinin azad edilməsi ilə cavab verildi:

“Şanlı Azərbaycan Ordusu Füzuli şəhərini və kəndlərini işğalçılardan azad etdi. Ali Baş komandan olaraq İlham Əliyev ərazilərin tam azad olunacağını bəyan etməklə erməni hakimiyyətinə müraciəti onlar üçün ciddi xəbərdarlıqdı. Bu xəbərdarlıq adi siyasi bir bəyanat deyil. Bu, Ermənistan silahli qüvvələrinin dardamadağın edilməsi və tam olaraq Qarabağın azad edilməsidir.

Baş nazir Nikol Paşinyan müasir erməni faşizminin bariz nümunəsidir. Onunla yalnız hərb meydanda danışmaq lazımdır. Necəki, ordumuz layiqli dərslərini verir. Azərbaycan prezidentinin verdiyi açıqlamalar yerine yetirilir və Qarabağın azad edilməsinə əsaslanır.

Füzulinin işğaldan azad edilməsi Şuşa və Xankəndiyə yaxınlaşmanın əsasını qoydu. Füzuli şəhərində ermənilər möhkəmlənmişdi. Oranı alınmaz qalaya çevirmişdilər. Nəticəsi bu oldu ki, orada erməni faşitslərinin cəsədləri qaldı.

Demək olar ki, heç bir həll variantları bizim üçün məqbul olmayacaq. Yeganə həll variantı Ermənistan ordusunun ərazilərdən çıxarılmasıdır. Bunu Ali Baş komandan da qeyd etdi”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3202

Bizim Telegram səhifəmizi izləyin