hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - Hikmət Hacıyev

“Paşinyan Səddam Hüseynin taktikasını təkrarlayır” - Hikmət Hacıyev

“Nikol Paşinyan Ermənistanın Gəncəyə SCUD ballistik raketi ilə hücumu və dinc sakinləri qətlə yetirməsi Səddam Hüseynin mülki şəxslərə qarşı tətbiq etdiyi eyni taktika və eyni raket sistemidir”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Ermənistan silahlı birləşmələrinin Gəncəyə raket hücumunu şərh edərkən yazıb.

Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Cebhe.info


Oxunma sayı: 2498

Bizim Telegram səhifəmizi izləyin