hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9162
  • NEFT - 66.89
  • clouds-weather

“Paşinyan təzyiq görməyincə, real danışıqlara getməyəcək" – ŞƏRH

“Paşinyan təzyiq görməyincə, real danışıqlara getməyəcək" – ŞƏRH

"Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələrinin 10 illik sammitində Azərbaycan prezidenti ilə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü həlledici mərhələ deyil".

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, bu görüş danışıqlar formatında etimad mühitinin formalaşması və aparılmasına hesablanıb: "Ümumiyyətlə, bu kimi görüşlərə artıq Azərbaycanın ehtiyacı olmamalıdır. Ermənistan baş naziri qeyri-rəsmi  görüşlərə ona görə can atır ki, atəşkəs rejimi stabil qalsın. Daxili auditoreyaya mesaj versin ki, cəbhədə nisbi sakitliyi qoruyuram.

Qeyd edim ki, payızda prezident İlham Əliyevlə baş nazir Paşinyanın növbəti görüşü keçirilə bilər. Bu görüş Qərb tərəfdən təşkil olunacaq. Masada "Yenilənmiş Madrid Prinsipləri" üzrə danışıqlar aparılacaq. Azərbaycan payıza kimi mütləq şəkildə Ermənistana təzyiqlər etməlidir. Paşinyan və onun havadarları təzyiq görməyincə, real danışıqlara getməyəcək".

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 980