hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

“Paşinyanın "demokratik inqilabı" fiaskoya uğrayıb” - POLİTOLOQ

“Paşinyanın "demokratik inqilabı" fiaskoya uğrayıb” - POLİTOLOQ

“Azərbaycanın hazırlıqları işğalçı ölkəni yenidən danışıqlara əl atmağa sövq edir. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan danışıqlara hazır olduqlarını qeyd edir. Bununla işğalçı ölkə Azərbaycanın artan müharibə hazırlıqlarından narahatdır və manipulyasiya edərək hədəfi yayındırır”.

Cebhe.info xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O bildirib ki, Ermənistan tərəfindən verilən bu açıqlama, heç də onların danışıqlarlara maraqlı olduğunu göstərmir:

“Zöhrab Mnatsakanyan sülhdən danışır, müdafiə naziri isə cəbhədə təxribatları davam etdirir. Bu, işğalçı ölkənin avantürist siyasətidir və əsas strategiya yeni ərazilər əldə edərək mövcud vəziyyəti idarə etməkdir. Ermənistan tərəfi danışıqlara ona görə getmir ki, Rusiya buna imkan vermir, həmçinin Nikol Paşinyan öz hakimiyyətini itirəcəyindən qorxur. Ona görə də işğalçı olkədə iki ildən artıq davam edən hakimiyyət dəyişikliyinə baxmayaraq, Qərbin siyasi-iqtisadi dəstəyini ala bilmir. Çünki Paşinyan Qarabağ probleminin əsiri olub, onun "demokratik inqilabı" artıq fiaskoya uğrayıb.

Paşinyanı öz hakimiyyəti düşündürür və ona görə də Qarabag məsələsindən bu qədər yapışıb. Baş nazir müharibə variantına əl ataraq xalqın nəzərini bu istiqamətə yönəldib. Yeni müharibə başlayarsa, bu Ermənistan üçün yeni siyası böhrana səbəb olacaq. Rusiyaya məhz bu lazımdir ki, Ermənistanda hakimiyyətin dayaqları zəifləsin. Öz himayə etdiyi şəxsləri iqtidara gətirsin. Qarabağ məsələsində Rusiyanın geosiyasi maraqları var. Türkiyə faktoru Rusiyanı qarşısında bir çəmbərdi. Müharibənin başlanması və Azərbaycanın yeni ərazilər əldə etməsi, yeni danışıqlar raundu başlada bilər. Bu neçə aydan sonra, Ankara və Moskva arasında danışıqlar predmeti olacaq”.

Politoloq əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin münaqişənin həlli ilə bağlı görüşə bilərlər. Azərbaycan bu məsələdə Rusiyanın qarşısına Turkiyəni çıxarmaqla təzyiqlərdən yayınacaq:

“Rusiya əvvəlki illərdə Ankara ilə danışmaq istəmirdi. Hazırda Türkiyə qoşununun Azərbaycanda olması Rusiyanı buna məcbur edir. Lokal döyüşlərə ehtiyac yaranıb ki, yeni danışıqlarda nəticə əldə olunsun. Hər iki istiqamətdə uduzan tərəf Ermənistan olacaq. Rusiya Türkiyə arasında danışıqlarda ciddi nəticələr əldə olunsa, Qarabağda hər iki ölkənin sülhməramlı qüvvələri yerləşdirilə bilər. Hələlik müharibə variantı gündəlikdədi. Müsbət nəticələr Azərbaycanın təşəbbüsü ələ almaqdan asılı olacaq”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 3730

Bizim Telegram səhifəmizi izləyin