hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Pensiya yaşını aşağı salmaq lazımdır” - DEPUTAT

“Pensiya yaşını aşağı salmaq lazımdır” - DEPUTAT

“Mən bu qanun layihəsinin birinci oxunuşu zamanı suallar qaldırdım, ancaq cavab almadım. Musa müəllim burada vacib məlumat səsləndirdi.

Bildirdi ki, əhalimizin 7 fazizi 65 yaşından yuxarıdır. Başqa sözlə, 7 faiz əhalimiz pensiya alır. Bu onu göstərir ki, orta ömür aşağıdır. Deməli, pensiya yaşını aşağı salmaq lazımdır”.

Cebhe.info xəbər verir ki, buni parlamentin bugünkü iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bir çox həmkarları qanun layihəsini mütərəqqi layhə kimi təqdim edir:

“Məlum olur ki, əmək qabiliyyətini 31-60 faizə qədər itirənlər I, 61-80 faiz itirənlər II, 80 faizdən 100 faizə qədər itirənlər I qrup əlil adlandırılacaq. Biz bilmirik ki, II qrup əlillik almaq üçün vətəndaş əməl qabiliyyətinin neçə faizini itirməlidir”.

Q. Həsənquliyev qeyd edib ki, bu qanun layihəsi ilə yanaşı maliyyə əsaslandırması da təqdim olunmalı idi:

“Biz bilməliyik ki, bu qanunun qəbul edilməsi ilə əlillərin sayı artacaq, yoxsa azalacaq. Biz bilməli idik ki, real vəziyyət nədən ibarət olacaq və biz nəyə səs verəcəyik. Nəzərə alın ki, sabah biz seçicilərlə görüşə gedəcəyik və suallarla üzləşəcəyik”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 584