hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Petrosyanın Qarabağla bağlı verdiyi proqnoz özünü doğruldub” – POLİTOLOQ

“Petrosyanın Qarabağla bağlı verdiyi proqnoz özünü doğruldub” – POLİTOLOQ

“Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan 5 ildən sonra Qarabağın statusunun müəyyən olunacağını qeyd edib.

Burada əsas qarant olan Rusiya sülhməramlı qüvvələrinin olduğunu vurğulaması göstərir ki, sülhməramlı qüvvələrin fəaliyyəti burada konkret olaraq ermənilərin siyasi statusuna hesablanıb”.

Cebhe.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

O bildirib ki, Petrosyanın 1998-ci ildə Qarbağla bağlı verdiyi proqnoz özünü doğruldub. Azərbaycan ərazilərini işğaldan azad edib, kiçik bir hissə Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasındadir.

Faktiki olaraq orada silahlı erməni birləşmələri var. Separatçılar fəaliyyət göstərir. Petrosyanın sözlərini diqqətə almalı və 5 ildən sonra statusa aparacaq siyasi zəminin yetişməsinə imkan verilməməlidir. Hazırda Rusiya, Fransa və ABŞ Qarabağda ermənilərin statusunu gündəmə gətirir. Bu təhlükəli tendensiyadır.

Qeyd edim ki, əgər Laçın rayonundan kənarda ermənilər üçün yeni dəhliz yolu tikiləcəksə, Azərbaycanın nəzarətində olmayacaqsa, status məsələsi gündəmdə olacaq. 10 noyabr birgə Bəyannaməsində status qeyd edilməsə də, bu məsələyə qayıdacağı gözlənilir.

Azərbaycan Türkiyə ilə birgə bunun qarşısını almalıdır”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 3224