hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Peyvəndlərin savaşı”: Dünya ölkələrində hansı vaksinin bazarı daha yaxşıdır? - BİZİM ARAŞDIRMA

“Peyvəndlərin savaşı”: Dünya ölkələrində hansı vaksinin bazarı daha yaxşıdır? - BİZİM ARAŞDIRMA

Hazırda bütün dünyada koronavirusa qarşı vaksinasiya kampaniyası davam etdirilir.

Son məlumatlara əsasən, 2 milyard dozadan çox peyvənd istifadə olunub.

Belə ki,Çin 704 milyon 830 min doza ilə ən çox doza tətbiq edilən ölkədir.

Çini 296 milyon 910 min doza ilə ABŞ, 221 milyon 40 min doza ilə Hindistan, 68 milyon 920 min doza ilə Braziliya, 65 milyon 660 min doza ilə İngiltərə, 52 milyon 780 min doza ilə Almaniya, 37 milyon 450 min doza ilə Fransa, 35 milyon 820 min doza ilə İtaliya, 31 milyon 810 min doza ilə Meksika, 29 milyon 790 min doza ilə Rusiya, 29 milyon 682 min doza ilə Türkiyə izləyir.

Maraqlıdır ki, dünyada indiyədək hansı peyvəndlərdən daha çox istifadə edilib?

Cebhe.info bununla bağlı araşdırma aparıb.

*“AstraZeneca” peyvəndi hazırda dünyada ən çox istifadə olunan peyvənddir.
Son dərəcə soyuq bir temperaturda (-70 C) saxlanılması lazım olan “Pfizer” peyvəndindən fərqli olaraq, “AstraZeneca” peyvəndi adi soyuducuda saxlanıla bilər və bu da onun daha çox istifadəsinə şərait yaradır.

“AstarZeneca” peyvəndi hazırda 170 ölkədə tətbiq edilir.

Qeyd edək ki, Azərbaycanda da mayın 3-dən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı indiki adı "Vaxzevria” olan vaksinindən (İstehsalçı şirkət “AstraZeneca“) istifadə edir.

“Vaxzevria” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunur. “COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi insanlar arasında seçim imkanlarını artırıb.

Qeyd edək ki, “AstraZeneca” İngilis-İsveç şirkəti tərəfindən hazırlanan “Vaxzevria" vaksinini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

*“Bionetch” peyvəndindən 99 ölkə istifadə edir.

İyun ayının 7-dən Azərbaycanda da bu peyvəndin istifadəsinə başlanılıb.

Qeyd edək ki, Almaniya istehsalı olan Pfizer-BioNTech vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

*“Sinopharm” peyvəndi 57 ölkə tərəfindən təsdiqlənib.

Çin istehsalı olan “Sinopharm” peyvəndinin yeni növ koronavirus (Covid-19) əleyhinə 72,8 faiz təsirli olduğu bildirilir.

ÜST peyvəndi COVİD-19 üçün tövsiyə olunan təcili yardım dərmanları siyahısına əlavə edib.

Bununla da ilk dəfə qərb ölkələrinə aid olmayan bir peyvənd ÜST tərəfindən istifadə olunması üçün təsdiq edilib.

ÜST-ün mütəxəssisləri vaksinin iki dozası arasında 2 və yaxud da 3 həftə olmasını tövsiyə ediblər.

*“Moderna”nın istifadəsi 47 ölkədə tanınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı “Moderna” peyvəndini (mRNA 1273) fövqəladə hallarda istifadə üçün tövsiyə olunanlar siyahısına daxil edib. ÜST mütəxəssisləri peyvəndin 18 yaşdan yuxarı xəstələr üçün istifadə edilməsini tövsiyə edir. ÜST-ün qiymətləndirmələrinə görə, peyvəndin effektivliyi 94,1 %-dir.

Qeyd edək ki, peyvənd ABŞ-in biotexnoloji “Moderna” şirkəti tərəfindən istehsal edilib.

*“Sputnik V” 43 ölkədə tətbiq edilir.

Mayın 15-dən Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılıb. Martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” vaksininin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb və peyvəndin ilk partiyası ölkəyə gətirilib.

*“Sinovac”dan yalnız 29 ölkə faydalanır.

Azərbaycan COVAX platforması çərçivəsində Çinin “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksinini alıb. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib.

“Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu peyvənd də ÜST tərəfindən tanınıb.

*Bundan əlavə, “Jansenn”i 24, “Covaxin” 6, “Cansino” 4, “EpiVacCarona” 2, “Soberana” 2,

“RBD Dimer” 1, “QazVac” 1, “Abdala” 1 ölkədə tətbiq olunur.

Naibə
Cebhe.info


Oxunma sayı: 1475