hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

“Prezidentlər Qarabağla bağlı təşəbbüs irəli sürəcək” - SƏFİR

“Prezidentlər Qarabağla bağlı təşəbbüs irəli sürəcək” - SƏFİR

“Fransa və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin davamlı həllinə nail olmaq üçün Minsk qrupu çərçivəsində səylərini yeniləməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”.

Cebhe.info-nun məlumatına görə, Fransanın Ermənistandakı səfiri Conatan Lakot belə deyib.

“Fransa Prezidenti Emanuel Makron aprelin 26-da Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb. Qafqazdakı vəziyyətlə əlaqədar olaraq Prezident Makron hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb. Hər iki prezident vəziyyətin davamlı həllinə nail olmaq üçün Minsk qrupu daxilində səyləri yeniləməyə dair razılığa gəlib. Yaxın vaxtlarda bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, - deyə Fransa səfiri bildirib.

Səfir Lakot Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqların bərpasının həmsədrlərin 13 aprel açıqlamalarında göstərildiyi kimi prioritet olduğunu qeyd edib.

Xatırladaq ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq başa çatdığını və ATƏT-in Mİnsk qrupunun vasitəçilik fəaliyyətinə ehtiyac olmadığını bildirir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 419