hava haqqindaBakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0223
  • EURO - 1.9506
  • NEFT - 79.24
  • clouds-weather

“Putin çalışacaq ki, Soçidə sənəd imzalansın” - RƏY

“Putin çalışacaq ki, Soçidə sənəd imzalansın” - RƏY

"Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 15 dekabrda Azərbaycan və Ermənistan liderlərinin görüşündə hər hansı bir sənədin imzalanması gözlənilmir".

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, burada Brüssel vasitəçi olaraq iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində yeni bir "Yol Xəritəsi" hazırlaya bilər:

"Avropa İttifaqının iki ölkə arasında sülh müqaviləsi üçün vasitəçiliyinə Moskva imkan verməyəcək. Ermənistan Baş naziri Nikol Paşinyan məhz Moskvadan kənarda, Brüssellə əməkdaşlıqda maraqlı görünür. Bu da Kremli qəzəbləndirən əsas amildir. Sabah Soçidə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli görüş baş tutacaq. 15 dekabr görüşü planlaşdırılmasaydı, Soçi görüşü də baş tutmayacaqdı. Moskva çalışacaq ki, yeni bir sənəd imzalansın.

Bu da Brüssel görüşünə kölgə salsın. Soçi görüşündə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə sənəd imzalanması və nəqliyyat yollarının açılması razılaşdırılmalıdır. Burada Azərbaycanın irəli sürdüyü və 10 noyabr birgə Bəyannaməsinin 9-cu bəndinə əsasən, dəhlizə uyğun texniki imkanları özündə əks etdirən punktun yerinə yetirilməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində tərəflər arasında danışıqlar olacaq. Paşinyan razılıq vermək məcburiyyətindədir".

Naibə
Cebhe.info


Oxunma sayı: 1849