hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

“Putin inqilab hakimiyyətini qəbul etmir” - ŞƏRH

“Putin inqilab hakimiyyətini qəbul etmir” - ŞƏRH

“Rusiya Prezidenti Vladimir Putinlə Nikol Paşinyanın görüşündə əsasən ölkə daxilində baş verən siyasi proseslərin müzakirəsi əsas predmet olub. Çünki Kreml ona bağlı olan “Qarabağ klanı”na qarşı Paşinyanın siyasi hücumlarını qəbul etmir və buna son qoymağı tələb edir”.

Cebhe.info xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. 

O qeyd edib ki, Putin inqilab hakimiyyətini qəbul etmir və çalışır ki, Paşinyanı devirsin, yaxud da tam nəzarətə alaraq zəiflətsin:

“Artıq Ermənistan Rusiya ilə ticari münasibətləri rublla həyata keçirəcək. Göründüyü kimi Putin bu təklifi Paşinyana qəbul etdirib. Bizi maraqlandıran əsas məsələ Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir detalın müzakirə olunmasıdı. Onu da deyim ki, Kreml üçün Qarabağ məsələsi aktual deyil. Putinin Paşinyanla bu məsələni müzakirə etməsini lazım bilmir. Çünki Paşinyana əvvəldən Qarabağla bağlı heç bir güzəştin olmayacağı mesajı verilib. Bu Moskvanın regionda “qırmızı cizgisidir”. Paşinyan Moskvasız buna gedərsə, onun aqibəti digərləri kimi ola bilər. Ona görə də biz Paşinyanın kəskin ritorikasını və xarici işlər naziri Zöhrab Mnatsakanyanın torpaq güzəştinə heç vaxt getməyəcəkləri açıqlamasını görürük”.

Politoloqun sözlərinə görə, hazırda danışıqlar tam fiaskoya uğrayıb və rəsmi Bakı yalnız yenidən güc yolu ilə danışıqların yeni mərhələsinə start verə bilər: “Avropa İttifaqı ilə çərçivə sazişinə getməməyimiz də Qarabağ məsələsində tam dəstək almamağımıza gətirir”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1200