hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

“Qaçqınkom” sədri: “Heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz"

“Qaçqınkom” sədri: “Heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz"

“ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa parlamenti üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfəri yolverilməzdir. Biz həmin beynəlxalq təşkilata üzv olan dövlətlərin buna mövqe bildirmələrini istəyirik”.

Cebhe.info xəbər verir ki, bunu “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın İdarə Heyətinin Dağlıq Qarabağdan olan və bu il ali təhsil müəssisələrinə yüksək balla qəbul olan tələbələrlə keçirdiyi görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər və bu təxribatlara ad verilməlidir: “Heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz. Torpaqlarımızın işğal olunması bütün dünyaya bəllidir. Eyni zamanda bütün beynəlxalq təşkilatlar mövqelərini bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı əhalisi etnik təmizləməə məruz qalıb və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır. Bu gün qaçqın və məcburi köçkün vətəndaşlarımız Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıblar. Belə olan halda ATƏT-in Minsk qrupununun həmsədrlərinin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir. Biz bunu pisləyirik və ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərdən buna mövqe bildirilməsini gözləyirik”.

Cebhe.info


Oxunma sayı: 430