hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

“Qadın və uşaqları zorlayanlar edam olunsun” - Deputat sərt cəza istəyir

“Qadın və uşaqları zorlayanlar edam olunsun” - Deputat sərt cəza istəyir

Qazaxıstanda şəxsiyyətə qarşı cinayətlərə görə cəzanın sərtləşdirilməsinə dair Prezident Qasım-Comərd Tokayevin təklifi müzakirə olunur. 

Cebhe.info xəbər verir ki, Senatın deputatı Murat Bəxtiyaruli edam hökmünün qaytarılmasını təklif edib. Bildirib ki, qadın və uşaqların  zorlanmasına görə edam hökmü bərpa edilməlidir. 

Senator vurğulayıb ki, Qazaxıstan Cinayət Məcəlləsi qadın və uşaqlara təcavüzə görə ağır cəza nəzərdə tutur. Ancaq senator bunu yetərli hesab etməyib:

"Ötən illərdə bir qrup senator məsələ qaldırdıq ki, ağır cinayətlərə görə ölüm hökmü bərpa olunsun. Təəssüf ki, təklif dəstəklənmədi. Mən hesab edirəm ki, qadın və uşaqları zorlayanlara edam hökmü tətbiq olunmalıdır".

Xəzər
Cebhe.info


Oxunma sayı: 738